Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Tarixi abidələr, qədim qala divarları, daş kitabələr və qayalar sadəcə daşdan və qayadan ibarət deyil. Onlar xalqın keçmişini, dövlətçilik tarixini, mədəni irsini və nəsillərdən-nəsillərə ötürülən milli yaddaşını yaşadan canlı tarixdir.
Tarixi və mədəni irs nümunələrinin müxtəlif yazılarla korlanması son dövrlərdə narahatlıq doğuran hallardan biridir. Belə faktlara İçərişəhərin qala divarları və tarixi tikililərin üzərinə yazıların yazılması, Şuşada tarixi qayaların müxtəlif ifadələrlə cızılması, eləcə də Nizami Kino Mərkəzinin fasadının boya ilə korlanması kimi hallar ictimai qınağa səbəb olub.
Xüsusilə Şuşada qayalara şəhid adlarının yazılması məsələsi tarixi və mədəni irsin qorunması baxımından diqqət tələb edir. Şəhidlərin adlarının əbədiləşdirilməsi və onların xatirəsinin yaşadılması olduqca dəyərli təşəbbüs olsa da, bu məqsədlə tarixi qayaların və digər təbii-mədəni irs nümunələrinin zədələnməsi yolverilməzdir. Dövlətimiz şəhidlərimizin adlarını və əziz xatirələrini müxtəlif layihələr, abidələr və memorial komplekslərlə əbədiləşdirir. Şəhid adına hörmət tarixi qayalara, abidələrə və digər mədəni irs nümunələrinə yazı yazmaqla deyil, həmin irsi qorumaqla göstərilməlidir.
İçərişəhərin qala divarlarına, tarixi binalara, qədim tikililərə və Qarabağın qayalarına müxtəlif adların, yazıların və qrafik təsvirlərin həkk olunması adi bir hərəkət deyil. Nizami Kino Mərkəzinin fasadının müxtəlif yazı və təsvirlərlə korlanması da ictimai və mədəni mühitə hörmətsiz yanaşmanın nümunəsidir. Bu cür əməllər tarixi-mədəni irsin görünüşünə və bütövlüyünə xələl gətirən, cəmiyyətin tarixi yaddaşına hörmətsizlik ifadə edən vandalizm aktıdır. Bu əməlləri törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması və qanunvericiliyə uyğun olaraq cəzalandırılması həm tarixi irsin qorunması, həm də belə halların təkrarlanmaması baxımından mühüm əhəmiyyət daşıyır.
Söhbət yalnız tarixi-mədəni irsin qorunmasından getmir. Təbiətimizi, yaşıllıqlarımızı, meşələrimizi, çaylarımızı, dağlarımızı və bütövlükdə ətraf mühiti də qorumalıyıq. Çünki bizə əmanət olunan bu dəyərlər yalnız bu günün deyil, gələcək nəsillərin də haqqıdır. Tarixi abidəni korlamaq necə yolverilməzdirsə, ağacı kəsmək, meşəni məhv etmək, yaşıllığa zərər vurmaq və təbiəti çirkləndirmək də eyni məsuliyyətsiz münasibətin göstəricisidir. Qorumaq mədəniyyətdir, dağıtmaq isə məsuliyyətsizlik.
Dünyanın bir çox ölkəsində tarixi abidələrin və qayaüstü təsvirlərin qorunmasına xüsusi həssaslıqla yanaşılır, onların üzərinə hər hansı yazı və təsvirin çəkilməsi ciddi şəkildə yolverilməz hesab olunur.
Bəzən insanlar üzərində öz adını yazdığı daşın, divarın və ya qayanın əsrlər boyunca hansı tarixi yaşatdığını düşünmür. Halbuki həmin daşlar bizdən əvvəl yaşayan insanların izlərini qoruyub saxlayıb və gələcək nəsillərə ötürülməsi üçün bizə əmanət edilib. Bizim vəzifəmiz həmin izlərin üzərinə öz adımızı yazmaq deyil, mövcud tarixi izləri qorumaqdır.
Qarabağda azad edilmiş ərazilərdə yerləşən tarixi qayalar, abidələr və digər mədəni irs nümunələri xüsusi mənəvi əhəmiyyət daşıyır. Bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin xatirəsinə hörmət də onların adlarını tarixi irs nümunələrinin üzərinə yazmaqla deyil, həmin irsi qorumaqla ifadə olunmalıdır.
Tarixi qayaya adını yazmaqla heç kim tarixdə iz qoymur. Əksinə, artıq mövcud olan tarixi izə zərər vurur. Tarixə hörmət öz adını tarixə yazmaq deyil, tarixin yazdıqlarını qorumaqdır. Tarixi abidə şəxsi qeyd dəftəri deyil. Qaya və qala divarı üzərinə ad yazmaq xatirə yaratmaq deyil. Bu, bütöv bir xalqın tarixi yaddaşına müdaxilədir.
Milli-mədəni irsi qorumaq yalnız aidiyyəti dövlət qurumlarının deyil, hər bir vətəndaşın mənəvi borcudur.
Bugün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Bugün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Bugün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bugün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Bugün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Bugün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Bugün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Bugün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Bugün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Bugün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
Dün, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
Dün, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
Dün, 17:14
AFFA 4 klubu cərimələdi
Dün, 16:34
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB
Dün, 15:20
Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
Dün, 14:36
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
Dün, 13:12
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Dün, 12:33
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
Dün, 12:00
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Dün, 11:17
Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək
Dün, 09:54
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Dün, 09:26
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Dün, 08:58
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
2-09-2026, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
2-09-2026, 17:36
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
2-09-2026, 13:29
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
2-09-2026, 12:45
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb