Mədəniyyət Nazirliyi “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulunu elan edir
Mədəniyyət
Oxunub: 748
1 Ağu 2018 | 17:19

Mədəniyyət Nazirliyi 2018-2019-cu illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə "Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulunu elan edib.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən  verilən məlumata görə, mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim olunur:

– nəsr əsərləri (roman, povest, hekayə və hekayələr silsiləsi);

– poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri);

– tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri;

– orijinaldan bədii tərcümə əsərləri;

 

– uşaqlar üçün yazılmış bədii əsərlər.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. İki ildən bir may ayının ilk ongünlüyündə verilən mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər. Təqdimat aşağıdakı sənədlərdən ibarətdir: Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu; Çap edilən əsər (5 nüsxə); Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli; Şəxsiyyət vəsiqəsinin surəti; Müəllifin digər işlərinin siyahısı (əgər varsa); Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).

İşlər 2018-ci il avqustun 1-dən – 2019-cu il martın 29-u son təqdimat günü olmaqla aşağıdakı ünvana təqdim edilməlidir: AZ 1000, Bakı şəh., Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 3-cü mərtəbə, 308-ci otaq. Tel: 012 493 23 77

Bugün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi