Deputatlıq eşqinə düşən məşhurlarımız - Puç olan arzular Tarix: Bu gün, 17:51
Gündəm / Şou
Oxunub: 1 106
2 Ara 2019 | 18:47
Deputatlıq eşqinə düşən məşhurlarımız - Puç olan arzular Tarix: Bu gün, 17:51

Xəbər verdiyimiz kimi, bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kanpaniyaya qoşulanlar arasında məşhur simlara, sənətçilər də var.

Dünya təcrübəsi göstərir ki, incəsənət nümayəndələri nəinki öz peşələri ilə məşğul olur, hətta ölkənin ictimai-siyasi həyatında da iştirak edə bilirlər. Elə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri arasında da deputat seçilənlər, seçilmək istəyənlər az deyil. Seçilmişlər bəllidir, bəs görəsən deputat seçilmək istəsə də, arzusu ürəyində qalan sənətçilərimiz kimlərdir

“Yeni Sabah” parlament seçkilərində namizədliklərini irəli sürən və deputat olmaq arzusunu dilə gətirən azərbaycanlı sənətçiləri təqdim edir:

Bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Xanım ifaçı namizədliyini irəli sürsə də, seçilməyib. O, deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı.

Xalq artisti Flora Kərimova 2005-ci ildə parlament seçkilərində iştirak edib. 42 saylı Sumqayıt Seçki Dairəsində namizədliyini irəli sürən xanım ifaçı qalib də gəlib. Lakin həmin dairədə nəticələr ləğv olunduğuna görə, o deputat ola bilməyib. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: “Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”.

Xalq artisti Akif İslamzadə 57 saylı Kürdəmir Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb. A.İslamzadə namizədliyini irəli sürsə də, seçilməyib.

Bəstəkar Cavanşir Quliyev də deputatlığa namizəd olanlar sırasındadır. O, vaxtilə 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb, seçilməyib

Namizədliyini irəli sürənlərlə yanaşı, bu arzuda olanlar da var:

Xalq artisti Bilal Əliyev xalqın seçimi ilə parlamentdə təmsil olunmaq istədiyini bildirmişdi: “Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş”.

Şou-biznesdə "Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da deputatlıq arzusunda olanlar sırasındadır. Bu haqda ifaçı özü açıqlamasında bildirib.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də deputat olmaq arzusundadır. O, 2 gün öncə parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: “Sizcə seçkilərdə iştirak edimmi?”
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi
3-09-2026, 16:34
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB
3-09-2026, 15:20
Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
3-09-2026, 14:36
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
3-09-2026, 13:12
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
3-09-2026, 12:33
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb