Məşhur yazıçılarımızın ailələri haqqında NADİR FAKTLAR — Atalığının qızıyla evlənən də olub, övladlığa uşaq götürən də, 9 övladı olan da...
Gündəm / Mədəniyyət
Oxunub: 794
30 Kas 2019 | 15:32
Məşhur yazıçılarımızın ailələri haqqında NADİR FAKTLAR — Atalığının qızıyla evlənən də olub, övladlığa uşaq götürən də, 9 övladı olan da...
Tariximizə iz qoyan dahilər haqqında nə qədər çox şey bilsək də, onların bilinməyən tərəflərini, yəni ailə həyatları haqqında, övladları haqqında bir o qədər az məlumatlıyıq.
''Ölkə.Az'' dahilərin övladlarının araşdırmasını təqdim edir.

Cəlil Məmmədquluzadə - İlk evliliyi 1896-cı ildə Həlimə adlı xanımla olur. Onların bu nikahdan Münəvvər adlı qızları dünyaya gəlib. Lakin çox keçmir ki, Həlimə xanım vəfat edir və yazıçı ikinci dəfə 1903-cü ildə Nazlı xanım Kəngərli ilə nikah bağlayır. Nazlı xanım ölü uşaq dünyaya gətirdiyi üçün əsəb xəstəliyinə tutulub vəfat edir. Cəlil Məmmədquluzadə 3-cü dəfə 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə qurub və Midhət, Ənvər adlı iki oğlu dünyaya gəlib. Qeyd edək ki, ədibin Səkinə adlı bacısı erkən vəfat etdiyinə görə və onun iki oğlu, bir qızı Mirzə Cəlilin himayəsində böyüyüb.

Картинки по запросу celil memmedquluzade

Mirzə Ələkbər Sabir - Şair 1887-ci ildə öz qohumu olan Billurnisə adlı xanımla evlənir. On beş il ərzində dahi şairin 8 qızı və 1 oğlu dünyaya gəlib. Lakin Şamaxıda baş vermiş zəlzələ nəticəsində ailəsi faciəli şəkildə vəfat edib.

Картинки по запросу mirzə ələkbər sabir

Mirzə İbrahimov -Yazıçı böyük sevgi və rəğbət bəslədiyi Sara adlı xanımla evlənib. Və onların ikisi qız ikisi oğlan olmaqla 4 övladları dünyaya gəlib. Qızı Sevda İbrahimova Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar və professordur.

Картинки по запросу mirzə ibrahimovun uşaqları

Mirzə Fətəli Axundzadə - Axundzadə 1842-ci ildə himayəsində böyüdüyü Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənib. Bu evlilikdən düz 13 uşaq dünyaya gəlsə də ,onlardan sadəcə ikisi - oğlu Rəşid və qızı Nisa qalır.

Картинки по запросу mirzə fətəli axundov

Xurşidbanu Natəvan - Xan qızı Natavan Xasay xan Usmiyevlə izdivac qurub, Tiflisə köçüb. 1855-ci ildə Xurşidbanunun oğlu Mehdiqulu, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlib. Qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb.
Картинки по запросу xurşidbanu natəvan

Abbas Səhhət - Ədib Soltannisə adlı xanımla ailə qurub. İki il övladı olmayan ailə Dostuxanım adlı 2 yaşlı qızı övladlığa götürüblər. Lakin on ildən sonra Səhhətin üzü gülür və Ruqiyyə adında qız övladı dünyaya gəlir.

Картинки по запросу abbas səhhət xanımı

Hüseyn Cavid -1918-ci ildə Mişkinaz Molla Hüseyn qızı ilə ailə həyatı qurub. 1919-cu ildə oğlu Ərtoğrul Cavid anadan olub. Ərtoğrul bəstəkar kimi fəaliyyət göstərib. 1923-cü ildə qızı Turan Cavid anadan olub. O 1981-ci il, Hüseyn Cavidin ev muzeyi yarandığı gündən ömrünün sonuna kimi həmin müzeyə rəhbərlik etmişdir. Turan Cavid ''Əməkdar mədəniyyət işçisi'' fəxri adına layiq görülüb.

Картинки по запросу hüseyn cavid

Cəfər Cabbarlı - Dramaturq 1922-ci ildə əmisi qızı Sona xanımla evlənib. Bu evlilikdən onun Aydın və Gülarə adlı iki övladı var. Oğlu Aydın tibb elmləri namizədi olub. Qızı Gülarə isə filoloq və atası Cəfərin ev müzeyinin direktoru idi.

Картинки по запросу cəfər cabbarlı

Həsən Bəy Zərdabi -Həlimə xanım Məlikova ilə ailə həyatı qurub. Onların ailəsində 4 qız ( Pəri xanım Məlikova, Fatimə xanım Məlikova, bir yaşına çatmamış vəfat edən üçüncü qızı və sonbeşik qızları Qərib Soltan Məlikova) və iki oğlan (Midhət bəy Məlikov və Səffət bəy Məlikov) övladı olub.

Картинки по запросу həsən bəy zərdabi ailə həyatı
Dün, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Dün, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
Dün, 12:56
Bazar gününün havası açıqlanıb
Dün, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Dün, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
Dün, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
Dün, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
Dün, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
5-06-2026, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
5-06-2026, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
5-06-2026, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
5-06-2026, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
5-06-2026, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
5-06-2026, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
5-06-2026, 14:35
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
5-06-2026, 12:57
Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
5-06-2026, 12:26
Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
5-06-2026, 11:20
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
5-06-2026, 10:41
Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
5-06-2026, 10:16
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
5-06-2026, 09:44
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
5-06-2026, 09:23
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
5-06-2026, 08:52
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
4-06-2026, 18:06
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
4-06-2026, 16:40
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
4-06-2026, 15:58
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
4-06-2026, 13:54
Keşlədə obyekt yanır