Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
Gündəm / Mədəniyyət
Oxunub: 632
18 Kas 2019 | 16:16
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub

Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov tədbiri açaraq görkəmli ədibin ömür yolundan söhbət açıb.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə və xaricdə böyük ədibin yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini diqqətə çatdırıb.

Bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər, həm də çox böyük azərbaycanlıdır: “O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışıb. Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər. Bu gün onun ev-muzeyinin təmirdən sonra yenidən açılmasına görə çox sevinirəm. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Düşünürəm ki, muzey gələcəkdə oradakı ekspozisiyalarının daha da genişləndirilməsində böyük rol oynayacaq".

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Böyük ədibin həyat yoldaşı Həmidə xanım xatirələrində yazırdı ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir”.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 68 illik fasilədən sonra Mirzə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirib: “Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi “Molla Nəsrəddin” jurnalının mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları bura onunla görüşə gəlib”.

Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bildirib: “Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.

Çıxışlardan sonra qırmızı lent kəsilib və qonaqlar muzeyi ziyarət ediblər.

Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə Süleyman Tağızadə küçəsi 56-da (Köhnə Poçt küçəsi, 64) yaşadığı mənzil Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev-muzeyinin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - anadan olmasının 125 illiyi ərəfəsində gerçəkləşib.

Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5 mindən çox eksponat toplanıb.
Bugün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Bugün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bugün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Bugün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Bugün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Bugün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bugün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Bugün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Bugün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Bugün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Bugün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Bugün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Bugün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
Dün, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
Dün, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
Dün, 17:14
AFFA 4 klubu cərimələdi
Dün, 16:34
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB
Dün, 15:20
Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
Dün, 14:36
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
Dün, 13:12
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Dün, 12:33
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
Dün, 12:00
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Dün, 11:17
Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək
Dün, 09:54
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Dün, 09:26
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Dün, 08:58
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
2-09-2026, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq