DİQQƏT! Adınıza KREDİT götürülə bilər - SAXTA ZAMİNLİK

“Kiminsə şəxsiyyət vəsiqəsi, pasportundan heç kim istifadə edə bilməz”.
Bunu Redaktor.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov "Şəxsiyyət vəsiqəsi itdiyi təqdirdə, başqası hər hansı bir məqsədlə ondan istifada edə bilərmi?" sualına cavabında bildirib.
Onun sözlərinə görə, bir vətəndaşın adından başqası heç nə edə bilməz:
"Çünki müqavilə bağlamaq lazım gələndə vətəndaşın imzası gərək olur. Yalnız imzanı saxtalaşdırıb etmək olar. Bu da cinayətdir və ekspertiza bu əməlin üstünü açır”.
Hüquqşünasın sözlərinə görə, bank işlərində zaminlik müqaviləsi zamanı şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə müqaviləyə saxta qol çəkmək mümkündür:
“Bəzən bank işlərində kredit götürülən zaman saxta zaminlik müqaviləsi bağlanır. Bir müddətdən sonra vətəndaşın kiməsə zamin durmasıyal bağlı ona bildiriş gəlir. Vətəndaş həmin şəxsi tanımadığını, zamin olmadığını bildirir. İş ilə tanış olan zaman isə vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən istifadə edildiyi məlum olur".
Hüquqşünas əlavə edib ki, saxta imzanı ayırd etmək üçün xətşünaslıq ekspertizası keçirilir:
"İmzanın vətəndaşa məxsus olmadığı bu zaman məlum olur. Kiminsə şəxsiyyət vəsiqəsini kimsə saxlayırsa, ona məsuliyyət düşür"
Əkrəm Həsənov iddia edir ki, saxta imzalardan adətən bank işçiləri istifadə edir:
“Kredit mütəxəssisi deyir ki, bankın daxili qaydalarına görə kredit almaq istəyən şəxsin zamini olmalıdır. Vətəndaş da deyir ki, zamini yoxdur. Müəyyən məbləğ miqdarında bank işçiləri əllərində olan şəxsiyyət vəsiqələrinin surətləri hesabına yalan zaminlik müqaviləsi tərtib edir. Üstəlik də bank həmin bank işçisinə mükafat verir. Kredit vaxtında ödənilirsə, bu məsələ açılmır. Yox, vaxtında ödənilməyəndə, problem olanda məhkəmə işə qarışır. Bu zaman məsələ ortaya çıxır. Əksər hallarda bu saxtakarlğı tapmaq mümkün olmur: Çünki zaminlik müqaviləsini bank filialı həyata keçirir. O da gündə 10-15 müqaviləyə qol çəkir. Bu səbəbdən bankın daxilində saxtarlığı edən bilinmir. Bu prosesə əməliyyat riski deyirlər. Bu əməliyyat riskləri banklarda düzgün idarə olunmur. Əksəriyyətində bu proses düzgün qurulmayıb. Maraqlısı odur ki, belə işlər üzə çıxanda məhkəmələr xüsusi qərarlar çıxarmalıdır. Məsələ araşdırılsın, cinayət işi açılsın, Baş Prokurorluğa göndərilsin, amma məhkəmələr bunu etmir. Çünki banklar bu məsələdə maraqlı deyil. Mən belə olan halda vətəndaşa məsləhət görürəm ki, ona dəyən mənəvi zərəri tələb etsin. Vətəndaşlar bu işin arxasınca getmirlər, amma burada dələduzluq, saxtakarlıq faktları var. Saxta imzanı oxşar çəkə bilmədikləri üçün ekspertiza tez tapa bilir. Problem o vaxt olacaq ki, saxta imza əsl imzaya oxşasın”.
Bugün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi