"Neftçi"nin hücumçusu: "Rəqib baş məşqçinin cavabını verə bildik"
Gündəm / İdman
Oxunub: 677
12 Tem 2019 | 09:16
"Neftçi"nin hücumçusu: "Rəqib baş məşqçinin cavabını verə bildik"

"Neftçi"nin futbolçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Moldova "Sperantsa"sını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra "Report"un Kişineuya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

30 yaşlı hücumçu öncə qarşılaşma barədə fikirlərini söyləyib:

"Səfərdə 3:0 hesabı çox yaxşı nəticədir. Birinci mərhələ olsa da komandada arxayınlıq yox idi. Düşünürdük ki, səfərdə oynayırıq və buraxdığımız bir qol bizə problem yarada bilər. Sevinirik ki, hər şey bizim üçün yaxşı başladı. Demək olar ki, mərhələnin 60 faizini həll eləmişik. İndi evdə oynayacağıq. 3:0 yaxşı nəticə olsa da bu futboldur. Evdə də arxayınlıq olmamalıdır. Çalışacağıq ki, yenə qələbə qazanaq.

- Öncədən bu nəticəni gözləyirdinizmi?

- Düzünü desəm mən gözləmirdim. "Sperantsa" bizim üçün sürpriz komandadır. Onları bir o qədər tanımırdıq. Hardasa bu nəticəni gözləmirdim. Qol vuracağımıza isə inam var idi. Amma 3:0 həqiqətən gözlənilməz oldu.

- Oyunda istəkli olsanız da fərqlənə bilmədiniz...

- Birinci rəsmi oyunum idi. Komandada debüt etdim. Əlimdən gələni etməyə çalışdım. Qol vurmaq istəyirdim. Komandanın qələbə qazanmasında pay sahibi oldumsa, mənim üçün sevindirici haldır.

- Artıq Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə oyunları düşünmək olar?

- Şablon danışmaq istəmirəm. Amma yenə də oyunumuz var. İndidən "Arsenal" barədə danışmaq düzgün deyil. İkinci oyunu da oynayaq. Görək necə olur.

- Ürəyinizdən keçirmi ki, artıq bu mərhələni adladıq və bunlar bizə Bakıda heç bir çətinlik törədə bilməz.

- İstəmirəm ki, desinlər ki, indidən ikinci mərhələni fikirləşir. Hər şey bizim ürəyimizcədir. İkinci oyunu da oynamaq lazımdır. Ondan sonra tam "Arsenal" haqqında düşünmək olar.

- Rəqibin baş məşqçisi Kristian Efros oyundan öncə iddialı danışdı. Belə bir ifadə işlətdi ki, nəyinki "Neftçi", "Real Madrid"lə oynasaq da favorit bizik. Öz oyununuzla ona cavab verdinizmi?

- Yəqin ki, rəqib baş məşqçiyə cavab vermişik. Amma onlar da belə ifadələr işlətməklə özlərinə inam qazandırmaq istəyirdilər. Bu gün səfərdə 3 top vurmuşuqsa, yəqin ki, onun cavabını verə bilmişik.

- "Forza Neftçi" azarkeş qrupu sizi bu səfər matçında dəstəkləmək üçün Moldovadır. Bu sizə əlavə motivasiya verdimi?

- Əlbəttə. Bu bizə 100 faizlik motivasiya verdi. Təklikdə hər birinə təşəkkür edirəm. Bu qədər yolu qət edib, gəliblər və əziyyət çəkiblərsə, artıq bu onların komandaya necə bağlı olduqlarını göstərir. Bütün "Neftçi" sevərlərə, fanatlara təşəkkür edirəm. Turu onlara hədiyyə edəcəyik.
Bugün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi