Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

Qeydiyyatsız fərdi yaşayış evləri ilə bağlı məsələnin tənzimlənməsinə dair təkliflər hazırlanır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində mərhələli şəkildə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 444 nömrəli Fərmanı qəbul olunub. Bu Fərmanın qəbulu ilə fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı üçün əsaslar daha da təkmilləşdirilib, ümumilikdə 6 adda sənəd hüquq müəyyənedici sənəd statusu qazanmış, başqa sözlə, aşağıda qeyd edilən sənədlər əsasında fərdi yaşayış və bağ evlərinə dair çıxarışın alınması mümkün olub:
- yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci ilədək tərtib olunmuş texniki pasportlar;
- həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 1 yanvar 2001-ci ilədək verilmiş qərarlar;
- sovxoz və kolxoz olmayan, dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisələrinin əmrləri;
- SSRİ dövründə yaşayış evinin və ya mənzilin mülkiyyətə verilməsi barədə zəhmətkeş deputatları sovetlərinin qərarları;
- yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanlarının qərarları və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi;
- yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar əsasında verilmiş arayışlar.
Eyni zamanda, "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına əsasən 9715 ədəd qeydiyyatsız obyektlər uçota alınmış, onlardan 5461 ədədinin istismarına icazə aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verilib və bu barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilib. Habelə bu işlərin davam etdirilməsi məqsədilə sözügedən Fərmana Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 276 nömrəli Fərmanı ilə dəyişiklik edilərək belə obyektlərlə bağlı müraciət müddəti 2026-cı ilədək uzadılıb:
“Əlavə olaraq bildiririk ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və özbaşına tikintilər ilə bağlı məsələlərin tənzimlənməsinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir”.
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi
3-09-2026, 16:34
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB