Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Gündəm / Cəmiyyət
Oxunub: 84
9 Mrt 2026 | 10:52
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

"Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.

Festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və "Gazelli Art House" Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib.

Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, "Her Art in Action", VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına, eləcə də Azərbaycanın beynəlxalq mədəni iştirakının gücləndirilməsinə həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

Qeyd olunub ki, üç il ardıcıl keçirilən "Her Art in Action" regionda qadınların yaradıcılığına və millətlərarası mübadiləyə həsr olunmuş nadir festival kimi çıxış edir. Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Gürcüstan, Misir, həmçinin Balkan bölgəsi, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir.

"Mənzərəyə açılan ev" mövzusu isə evi sabit məkan kimi deyil, qadın təcrübəsi ilə formalaşan dəyişkən bir vəziyyət kimi nəzərdən keçirir. Gündəlik məişət hüdudlarından çıxaraq, mövzu qadınların ictimai və şəxsi həyat, göz önündə olma və təklik, aidiyyət və müqavimət arasındakı gərginlikdə məkanı necə yaratdığını, müəyyən etdiyini, mübarizə apardığını və geri qaytardığını araşdırır.

Tədbir çərçivəsində, şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib.

Həmçinin sərgi iştirakçıları öz əl işlərindən Leyla Əliyevaya hədiyyə ediblər.

Sonda Leyla Əliyeva "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

Festivalın builki buraxılışının kuratoru, multimedia rəssamı Sitara İbrahimbəyli martın 8-də keçirilən ilk sərgisinin açılışında 27 yerli və xarici rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib: "Üçüncü ildir ki, martın 8-də festivalın açılışını edirik. Ümumi üç açılış olacaq. Apreldə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin (Bilgəh) şagirdlərinin tanınmış müasir rəssamlarla dialoq əsasında yaradılan birgə sərgisi təşkil olunacaq. Üçüncü layihə isə İçərişəhərdə keçiriləcək və açıq havada fotoqrafiya gecəsi olacaq. Ümumilikdə üç ay ərzində 50-dən çox rəssamın əl işi sərgilənəcək".

Müstəqil rəssam Kafiyə Eyvazova builki festivala "Pəncərədən baxış" əsəri ilə qatılıb. "Üç ildir festivala qatılıram və ilk dəfədir ki, xalça texnikasında iş təqdim edirəm. Əsər xovlu xalça texnikasında toxunub və insanları ailə strukturunu sorğulamağa dəvət edir. Burada kişi motivləri qadın motivlərini sanki qoruyurmuş kimi görünsə də, onu məhdudlaşdırır. Getdikcə qadının üz cizgiləri yox olur. Çünki məhdudiyyət insanın şəxsiyyətini arxa plana salır və görünməz edir. Əsər cəmiyyətimizə qadınlara dəyər verməyi, onları dinləməyi və azadlığını məhdudlaşdırmamağı tövsiyə edir".

Festivala mayın 31-də yekun vurulacaq.
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bugün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi