BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulub.
Bəs, 24 fevralda dünyada daha hansı hadisələr baş verib?
1. 1793-cü ilin 24 fevralında Osmanı dövlətində Avropa sayağı yeni bir ordu – Nizami-Cedit qurulub.
2. 1942-ci ilin bu günü Rumıniyanın Konstansa limanından hərəkət edən və Fələstinə yəhudiləri aparan Struma gəmisi Qara dənizdə partlayış nəticəsində batdı. Bu hadisədə 800-ə yaxın yəhudi həyatını itirdi, yalnız bir nəfər xilas ola bildi.
3. 24 fevral 1955-ci ildə Türkiyə, İraq, Pakistan və İran arasında Bağdad Paktı imzalandı. Bağdad Paktının digər adı CENTO-dur ki, 1979-cu ilə qədər davam edib.
4. 1977-ci ilin bu günü Türkiyənin fizika üzrə professoru Feza Gürsey Oppenheimer Mükafatına və Eynşteyn Ordeninə layiq görüldü. F.Gürsey Oppenheimer Mükafatını amerikalı fizik S.Qlaşovla bölüşdü.
5. 1988-ci ilin 24 fevralında Azərbaycanın Əsgəran rayonunda ermənilər iki azərbaycanlını qətlə yetiriblər. Bu azərbaycanlılar uzun illər davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları idilər.
6. 1991-ci il 24 fevralda Birinci Körfəz Müharibəsində Quru Hərəkatı başladı. Belə ki, İraqın Küveyti işğal etməsilə başlayan I Körfəz Müharibəsində İraqa hava hərəkatından sonra koalisiya qüvvələri tərəfindən quru hərəkatına start verildi.
7. Bu gün XXI əsrdə bəşriyyətin ən böyük fəlakətlərindən birinin, Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il ötür. Çox təəssüf ki, bu müharibənin sonu hələ görünmür.
Ekspertlərin fikrincə mart ayından sonra bu müharibənin daha odlu fazasına daxil olacağıq.
24 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycanın xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski 1886-cı ilin bu günü İrəvan quberniyasının Böyük Vedi kəndində dünyaya gəlib. Yazıçı Fərman Kərimzadə “Qarlı aşırım” romanında Abbasqulu bəy Şadlinskinin həyat və fəaliyətinə geniş yer ayırıb. (1886-1930)
2. Bu il Azərbaycanın ictimai xadimi Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə anadan olub. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib və bu sahələrin hər birində özünəməxsus iz qoyub.
Əli bəy Hüseynzadə Əhməd bəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, 1906-cı ildə isə “Füyuzat” jurnalını yaradıb.
O, qələm dostları ilə birlikdə yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını atdılar.AXC dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
3. 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiq 1881-ci ilin bu günü dünyaya gəlib.
4. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şərəf” və “Şöhrət” ordenli Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə anadan olub.
5. Azərbaycan televiziya rejissoru, AzTV-nin "Ədəbi-dram verilişləri" baş redaksiyasının keçmiş baş rejissoru, Əməkdar incəsənət xadimi, ADMİU-nun "Televiziya rejissoru" kafedrasının müdiri, professor Tariyel Vəliyev 24 fevral 1944-cü ildə doğulub.
6. Müğənni, muğan ifaçısı, Xalq artisti Səkinə İsmayılova 24 fevral 1956-cı ildə anadan olub.
7. Futbolçu, “Neftçi” klubunun sabiq üzvü, SSRİ-nin olimpiya yığmasının tərkibində Olompiya çempionu İqor Ponomaryov 24 fevral 1960-cı ildə dünyaya gəlib.
8. Milli Qəhrəman, Xocalı şəhidi İnqilab İsmayılov 1964-cü ilin bu günündə doğulub.
Bizim.Media
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
6-06-2026, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
6-06-2026, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
6-06-2026, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
6-06-2026, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
5-06-2026, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
5-06-2026, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
5-06-2026, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
5-06-2026, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
5-06-2026, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
5-06-2026, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib