İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? - FOTOLAR

Son iki il ərzində musiqi və incəsənət məktəblərində keyfiyyətin yüksəldilməsi məqsədilə sistemli və ardıcıl islahatlara start verilib.
Bu dəyişikliklərin mərkəzində müəllim keyfiyyəti, idarəetmənin müasirləşdirilməsi və tədris məzmununun yenilənməsi dayanır.
Atılan addımların əsas məqsədi incəsənət təhsilini müasir tələblərə uyğunlaşdırmaq, sağlam pedaqoji mühit formalaşdırmaq və gələcək nəsillərin yaradıcı potensialını etibarlı əllərə həvalə etməkdir.
Müəllimlərin səriştələrinin ölçülməsi – keyfiyyət islahatı
İlk dəfə olaraq ötən il musiqi, incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirildi. Bu il daha 8 min müəllim attestasiyaya cəlb ediləcək. Bununla da ölkə üzrə 237 musiqi və incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi yekunlaşacaq.

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 000 müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu, sevindirici göstərici olmaqla yanaşı, pedaqoji heyət qarşısında yeni öhdəliklər yaradır:
ehtiyaclara uyğun təlimlərin təşkili,
müəllimlərin işə qəbulunda yeni yanaşmaların tətbiqi,
incəsənət müəllimi hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri ilə əməkdaşlıq,
nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi,
optimal dərs bölgüsü.
Ötənilki attestasiya zamanı qiymətləndirmə komissiyasının səsverməsində 3 əleyhinə, 2 lehinə qərar verilən müəllimlər yay aylarında xüsusi təlimlərə cəlb olunublar. Bu təlimlərdə 236 müəllim iştirak edib. Onlardan 118 nəfəri Dövlət İmtahan Mərkəzinin xüsusi imtahanına qatılıb və yalnız 20 nəfər uğurlu nəticə göstərərək əvvəlki iş yerinə müəllim kimi bərpa olunub. Bu fakt attestasiya nəticələrinin obyektiv və yüksək ehtimalla ədalətli olduğunu göstərir.

Attestasiya nəticələrinə əsasən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin orta əməkhaqqı 25 faiz artıb.

Bir zəif müəllim – yüzlərlə zəif şagird deməkdir.
Bir fortepiano müəllimi fəaliyyəti dövründə orta hesabla 100–120 şagird yetişdirir. Peşəkar olmayan müəllim onlarla uşağın yaradıcı gələcəyini riskə atır. Ötənilki attestasiya zamanı elə hallara rast gəlinib ki, bəzi müəllimlər pedaqoji keyfiyyəti bir yana, tədris etdikləri alətdə ya ümumiyyətlə ifa edə bilməyib, ya da son dərəcə zəif bacarıq nümayiş etdiriblər.
Hətta Mendelsonun “Toy marşı”nı Azərbaycanın Dövlət Himni hesab edən, yaxud məşhur bəstəkar İohan Sebastyan Baxın “ağdamlı” olduğunu düşünən müəllimlər də olub. Bu kimi nümunələr kifayət qədər çoxdur və belə faktlar islahatların nə qədər zəruri olduğunu açıq şəkildə göstərir.
Ən zəif nəticə göstərən müəllimlərin 86 faizi orta ixtisas təhsili məzunlarıdır. Attestasiya nəticələrinə görə bəzi məktəblərdə müəllimlərin yarısına yaxını pedaqoji fəaliyyətə uyğun hesab edilməyib. Bu isə artıq tək-tək şəxslərin deyil, bütöv məktəb mühitinin sağlamlaşdırılmasına ehtiyac olduğunu göstərir.
Məzmunun yenilənməsi : Son iki ilin mühüm yeniliklərindən biri də tədris məzmununun yenilənməsidir. İlk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano fənni üzrə milli dərslik hazırlanıb. Bu addım incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Hazırda bütün digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması əsas hədəflər sırasındadır. Məqsəd – köhnəlmiş, pərakəndə və bəzən ziddiyyətli tədris materiallarını əvəz etmək, rəqəmsal tədris platforması yaratmaq, müasir pedaqoji tələblərə cavab verən, şagirdin yaradıcılığını inkişaf etdirən vahid və keyfiyyətli məzmun formalaşdırmaqdır.
Bu dəyişikliklər müəllimlərin fəaliyyətinə də yeni məsuliyyət gətirir: artıq tədris yalnız fərdi təcrübəyə deyil, elmi-metodiki əsaslara, ölçülə bilən nəticələrə və müasir standartlara söykənməlidir.
Rəqəmsallaşma və struktur islahatları: Son iki il ərzində Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində attestasiya ilə yanaşı vahid rəqəmsal idarəetmə platformasının tətbiqinə başlayıb:
Məktəb direktorlarının, müəllimlərin və şagirdlərin qəbulu elektronlaşdırılıb;
Bütün ixtisaslar üzrə tədris planları yenilənib;
İncəsənət məktəbləri üçün yeni nümunəvi Əsasnamə təsdiq olunub.

Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə 3 yeni incəsənət məktəbi (Bakının Bilgəh qəsəbəsi, Gəncə və Şəki), eləcə də Xankəndi İncəsənət məktəbi istifadəyə veriləcək. Bu il bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə – qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ-tətbiqi sənət sahələrində şagird qəbuluna başlanılacaq.
Eyni zamanda ölkə üzrə musiqi və incəsənət məktəblərinin məkan, şagird–müəllim nisbəti və infrastruktur parametrlərinə uyğun optimallaşdırma xəritəsi hazırlanıb. Bu xəritə məktəblər şəbəkəsinin daha səmərəli, ədalətli və dayanıqlı şəkildə qurulmasına xidmət edəcək.
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ