Rövşən Nəcəf: "Üç "yaşıl dəhliz" 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər"

Azərbaycan fəal şəkildə üç böyük "yaşıl enerji" dəhlizi formalaşdırır - Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Dünya İqtisadi Forumunun saytında dərc olunmuş məqaləsində deyilir.
R.Nəcəfin sözlərinə görə, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanması Avropaya "yaşıl enerji" dəhlizinin formalaşdırılması istiqamətində atılan mühüm addım olub.
O qeyd edib ki, enerji keçidinə dair milli strategiyalar dekarbonizasiya sahəsində regional faydalar gətirə bilər. Strateji coğrafi mövqeyi, mövcud infrastrukturu və inkişaf etmiş enerji tərəfdaşlıqları nəzərə alınmaqla Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında əlaqələndirici həlqə olmağa imkan verən unikal mövqeyə malikdir.
"Ümumilikdə üç "yaşıl enerji" dəhlizi 10 QVt-a qədər bərpa olunan elektrik enerjisi ötürə biləcək ki, bu da Azərbaycanın gələcəkdə sərhədlərarası təmiz enerji ötürmə qovşağı kimi rolunu möhkəmləndirəcək", - SOCAR-ın prezidenti vurğulayıb.
R.Nəcəf qeyd edib ki, dünya qlobal enerji landşaftının inkişafında dönüş nöqtəsindədir. Aşağı karbonlu gələcəyə doğru irəliləmə şəraitində enerji keçidi təkcə ekoloji zərurət deyil, həm də iqtisadi transformasiya amilinə çevrilir. Bununla yanaşı, infrastruktura, ekspertizaya və investisiya imkanlarına malik olan ənənəvi enerji istehsalçıları aparıcı rol oynamağa davam edir.
"Azərbaycan karbohidrogen hasilatına əsaslanan iqtisadiyyatın bərpa olunan enerji mənbələrinin inkişafı, ötürücü şəbəkələrin modernləşdirilməsi və ölkə boyu "yaşıl yenidənqurma"nın tətbiqi hesabına enerji təhlükəsizliyini təmin etməklə yanaşı, dekarbonizasiyanı necə təşviq edə biləcəyini nümayiş etdirir", - o bildirib.
SOCAR-ın prezidenti vurğulayıb ki, qlobal iqtisadi və geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün əsas prioritetlərə çevrilib. Onun fikrincə, belə bir yanaşma enerji sisteminin etibarlılığına və makroiqtisadi sabitliyə xələl gətirmədən bərpa olunan enerji mənbələrini inteqrasiya etməyə imkan verir.
O xatırladıb ki, "təmiz ətraf mühit və yaşıl artım" "Azərbaycan-2030" strategiyasında təsbit olunmuş prioritetdir. Bu siyasət çərçivəsində Enerji Səmərəliliyi Fondu ətraf mühitə təsirin azaldılması və enerji sektorunun səmərəliliyinin artırılmasını hədəfləyən layihələr üçün kreditlər, qrantlar və subsidiyalar təqdim edəcək.
"Azərbaycan karbohidrogen sənayesinin potensialından istifadəni davam etdirməklə yanaşı, bərpa olunan enerji istehsalını artırır. Ölkə 2007-ci ildən elektrik enerjisinin netto-ixracatçısıdır, 2023-cü ilədək istehsal həcmi 29,3 milyard kVt/saat təşkil edib ki, bu da 10 il əvvəlki səviyyədən 25,5 % çoxdur.
2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən, hökumət enerji balansını şaxələndirməyi və BOEM-in payını artırmağı planlaşdırır. Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Məqsəd 2030-cu ilədək elektrik enerjisi istehsalında BOEM-in payını təxminən 40 %-ə çatdırmaqdır", - R.Nəcəf bildirib.
O xatırladıb ki, son beş ildə ölkədə bir sıra iri BOEM obyektləri, o cümlədən Xəzər regionunda ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" stansiyası istifadəyə verilib.
"Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası fəal şəkildə inkişaf edir, burada ümumi gücü 270 MVt olan 32 stansiya fəaliyyət göstərir və 500 MVt-a qədər genişləndirilməsi planlaşdırılır. "ACWA Power" və SOCAR ilə birgə 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyası inşa edilib və onun 2025-ci ilin sonunadək tam həcmdə fəaliyyət göstərəcəyi gözlənilir.
Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) illik 1,7 milyard kVt/saatdan artıq olan istehsal gücünə malik günəş enerjisi layihələrinin maliyyələşdirilməsi tamamlanıb, həmçinin azad edilmiş ərazilərdə sənaye miqyaslı ilk günəş enerjisi layihəsi olan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası həyata keçirilir", - SOCAR-ın rəhbəri vurğulayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə SES-lərdə elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi istehsalı isə 12,6 dəfə artıb.
R.Nəcəf qeyd edib ki, SOCAR enerji təhlükəsizliyi, keçid dövrü təşəbbüsləri, rəqəmsallaşma və innovasiyaları birləşdirən uzunmüddətli strategiya həyata keçirir: "Xüsusilə "Petkim" neft-kimya kompleksi və STAR neft emalı zavodu "Industry 4.0" həllərinin tətbiqinə görə Dünya İqtisadi Forumu tərəfindən "Global Lighthouse" şəbəkəsinin obyektləri kimi tanınıb. "SOCAR Carbamide" zavodunda 2024-2025-ci illərdə süni intellekt texnologiyalarının tətbiqi resurs istehlakını azaltmağa və 13 milyon ABŞ dolları məbləğində əlavə dəyər yaratmağa imkan verib".
Onun sözlərinə görə, qlobal enerji keçidi karbohidrogenlərdən kəskin imtina deyil, mövcud istehsalçıların və infrastrukturun vacib rol oynamağa davam etdiyi mərhələli transformasiyadır.
"SOCAR-ın ənənəvi neft və qaz istehsalçısından inteqrasiya olunmuş enerji şirkətinə təkamülü təcrübəli oyunçuların eyni zamanda enerji təhlükəsizliyi və iqlim gündəliyinin hədəflərini necə irəli apara biləcəyini nümayiş etdirir", - o, sonda bildirib.
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi