Kərimi "döydüyü" iddia olunan şəxs: "Söyüş söyüb, mənə hücum etdi"

Xəbər verildiyi kimi, mayın 20-də müğənni Kərim Abasov zorakılığa məruz qalmasına dair videogörüntü paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib və həmin şəxs onu döyüb. Bundan sonra sosial şəbəkələrdə və bır sıra mətbuat orqanlarında hadisə işıqlandırılıb. Hətta hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama da verilib.
xeber.info lent.az-a istinadən Kərimlə dava edən Elvin Ramazanovun müsahibəsini təqdim edir:
- Hadisə nə vaxt, hansı ərazidə baş verib?
- Hadisə mayın 20-də, Binəqədi şosesi ilə "Baksol” yolunun kəsişməsində baş verib. Hal-hazırda da iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir. Nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq. Onun da ( Kərim Abbasov – red.), mənim də xəsarətim təyin olunacaq, ondan sonra rəy veriləcək.
- Kərim Abasov mətbuata açıqlama verib ki, başından müxtəlif zərbələr alıb və ekspertizaya müraciət edib. Çox zərbə endirmisiz?
- O necə çoxsaylı zərbələr alıb ki, münaqişəmiz olan günün səhəri "Oazis” restoranında şou proqramda çıxış eləyib. Özüm də oradaydım, "Oazis”dən sonra "Neolit” restoranında çıxış edib. Xəsarəti olan adam səhnəyə çıxa bilər? Sadəcə, özünü gündəmdə saxlamaq üçün belə məlumatlar verir. Bəzi mətbuat nümayəndələri də araşdırmadan, təhqiqatın nəticəsini gözləmədən ancaq onun mövqeyini verir. Maraqlanmırlar ki, qarşı tərəf nə deyir, hadisə əslində necə baş verib və sair.
- Dediniz ki, siz də ekspertizaya müraciət etmisiz. Kərim Abasov tərəfindən sizə hər hansı bir fiziki təzyiq olub?
- Hə. O da mənə təpik atıb. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Mən öz yolumla hərəkətdə olduğum zaman o, sol tərəfdən qəfil sürüb mənim qarşıma keçdi.
- Kərim Abasovda nə maşını idi?
- Onda "Jeep Grand Cherokee”dir. Yan-yana durduq, şüşələr açıq idi. Ona iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, "əcəb eləyirəm, sür”. Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib söyüş söyməyə başladı. Özü də yanında qadın ola-ola. Mən buna dedim ki, qadınlasan, get.
- Maşında başqa adam var idi?
- Yox, Kərim idi, bir də qarşıda oturan bir nəfər qadın. Kərim qarşıda sağda saxladı. Mən saxlamadım, məni təqib etməyə başladı. Yaxınlaşdı, pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə. Mənimlə dartışa-dartışa, "sənə belə eləyərəm, elə eləyərəm” tipli təhdid dolu təhqirlər yağdırır. Yanındakı qadın da düşmüşdü. Yaxınlıqdakı adamlar gəlib bizi ayırdılar. Adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Bundan sonra əlbəyaxa olduq.
- İlk söyüşü o söydü?
- O, elə əvvəldən söyüş söyürdü. Onun yanında qadın vardı, heç vaxt onu söyməzdim. Mən maşından düşəndə də məqsədim telefonu əlindən almaq olub. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O, özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi.
Dün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Dün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Dün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Dün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Dün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Dün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Dün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi