150 yaşlı mətbuat - Milli maraqların etibarlı müdafiəçisi – ŞƏRH
Gündəm / Cəmiyyət
Oxunub: 89
22 Tem 2025 | 12:47
150 yaşlı mətbuat - Milli maraqların etibarlı müdafiəçisi – ŞƏRH

 
Bu gün milli mətbuatımız 150 illik yubileyini qeyd edir. 1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın doğum tarixi yazıldı. Cəmi 25 ay fəaliyyət göstərsə də, ilk jurnalist nəslinin formalaşmasına yol açdı, peşə prinsiplərini müəyyənləşdirdi, ən əsası, Azərbaycan dilinin rəsmi statusda fəaliyyətinə imkan verdi.

1995-ci ildə jurnalistlərə müraciətində Ümummilli Lider Heydər Əliyev bildirmişdi ki, böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazıb, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanılmasında misilsiz rol oynayıb:

“Azərbaycan mətbuatı tarixboyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.

“Əkinçi”dən sonra da onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirdi və onlar da sonradan ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynadılar.

Milli mətbuatımızın qürur yeri olan “Əkinçi” fəaliyyət göstərdiyi cəmi iki il ərzində azərbaycançılıq, müasirləşmə, milli özünüdərk kimi bəşəri dəyərləri təbliğ etməklə yanaşı, Azərbaycanda müstəqil demokratik mətbuatın təməlini formalaşdırdı. Azərbaycan dilində nəşr olunan bu qəzet bütün Qafqazda geniş əks-səda doğurdu və bu tarixin bütün dövrlərində öz qüvvəsində qaldı. Təsadüfi deyil ki, məhz “Əkinçi”nin ardınca “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat” və digər qəzetlər, jurnallar mətbuatımızın inkişafında, cəmiyyətin quruculuğu prosesində əvəzsiz rol oynadılar.

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşdüyü xüsusi qeyd olunub.

Milli mətbuatın 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin bu ilin aprel ayında imzaladığı Sərəncamında da göstərildiyi kimi, Azərbaycan XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrildi. Bu səbəbdən də iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda milli mətbuatın yaranması zərurəti meydana çıxdı. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmaqla yanaşı, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verib.
150 yaşlı mətbuat - Milli maraqların etibarlı müdafiəçisi – ŞƏRH

Mətbuatın inkişafında Ulu Öndərin xidmətləri misilsizdir

Azərbaycan mediasının inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu var. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdi.

Mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaradıldı və Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirib. Hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib.

Ulu Öndər mətbuatımızın inkişafı yönündə 10-dan çox sərəncam və fərman imzalayıb. 1998-ci Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı Sərəncamın imzalanması, eləcə də 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi Heydər Əliyevin mətbuatımızın tərəqqisi üçün ən böyük töhfələrindən hesab edilə bilər.
150 yaşlı mətbuat - Milli maraqların etibarlı müdafiəçisi – ŞƏRH

İlham Əliyevin mediaya xüsusi yanaşması

Ümummilli Liderin siyasətini Prezident İlham Əliyev də uğurla davam etdirib. Demokratik və sivil dövlət quruculuğuna sadiqliyini əyani şəkildə sübut edən Azərbaycan Prezidentinin mediaya xüsusi yanaşması hər zaman göz önündə olub. Onun həyata keçirdiyi siyasət birbaşa müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edir. Prezident İlham Əliyev, ümumiyyətlə, media azadlığının təmin olunması və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində ardıcıl, məqsədyönlü siyasət yürüdüb.

Dövlət başçısı III Şuşa Qlobal Media Forumunda milli mətbuatımızla bağlı maraqlı fikirlər səsləndirdi və özünəməxsus yüksək qiymətləndirmə apardı. Həmin çıxışı 150 illik yubileyimiz üçün möhtəşəm təbrik kimi də qəbul edə bilərik. İlham Əliyev bir neçə istiqamət üzrə qiymətləndirmə apardı, vurğuladı ki, mediamız xaricdə Azərbaycanın mənafeyini qorumağı bacarır. Azərbaycan Prezidenti, həmçinin qeyd etdi ki, ölkə mediasında yazılanlar müxtəlif siyasi mərkəzlər tərəfindən təhlil edilir və daha sonra bunun siyasi proseslərlə nə dərəcədə mütənasib olduğu qiymətləndirilir. Bu, sadəcə Azərbaycan mediasının yox, həm də dövlətin gücüdür.

44 günlük Vətən müharibəsi isə Azərbaycan mediasının tarixində xüsusilə seçilir. Həmin dövrdə və ondan sonrakı mərhələdə Azərbaycan mətbuatı sözün əsl mənasında müsəlləh əsgər kimi dövlətin, ordunun və Ali Baş Komandanın yanında dayandı. Hərbi-siyasi sahədə əldə edilən uğurlar ideoloji sahədə də media ilə ən yüksək səviyyəyə çatdırıldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında qələbə qazandı. Məhz müharibə illərində mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyub, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərib.

Yekunda onu deyə bilərik ki, milli mətbuatımızın 150 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir.

Həsən bəy Zərdabinin milli ruhla qələmə aldığı “Əkinçi” qəzeti o dövrün milli oyanışına təkan verdiyi kimi, bu gün də onun qoyduğu təməl prinsiplər müasir Azərbaycan mediasının ideya dayaqlarından biri olaraq qalır.

Milli mətbuatımız yalnız keçmişin mirası deyil, həm də gələcəyə aparan güclü bir vasitədir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan mətbuatı təkcə hüquqi və maddi-texniki deyil, həm də institusional və ideoloji baxımdan daha da güclənib. Mətbuat sahəsində atılan hər addım medianın inkişafına, informasiya təhlükəsizliyinə və milli maraqların qorunmasına xidmət edir.(Report)
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı