“Mədəniyyət” qəzetinin xüsusi buraxılışı işıq üzü görüb
Gündəm / Mədəniyyət
Oxunub: 802
25 Tem 2018 | 18:16

"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”.

AZƏRTAC xəbər verir ki, "Mədəniyyət” qəzetinin "Cümhuriyyət 100” adlı xüsusi buraxılışının ilk yazısı Prezident İlham Əliyevin mayın 28-də Cümhuriyyətin yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda dediyi bu sözlərlə başlayır.

Ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 17 may 2017-ci il tarixli və 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyinin mətbu orqanı olan "Mədəniyyət” qəzetinin xüsusi buraxılışı hazırlanıb. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış "Mədəniyyət” qəzeti redaksiyasının və "Baku Guide” MMC-nin birgə nəşri olaraq ərsəyə gəlib.

"Cümhuriyyət 100” xüsusi buraxılışında dövlətçilik tariximizin bu şanlı səhifəsinin zəngin irsi, 1918-1920-ci illərdə milli dövlət quruculuğunda əldə olunan nailiyyətlər, o dövrün mədəni irsimizə verdiyi töhfələr, eləcə də Mədəniyyət Nazirliyinin Cümhuriyyətin yubileyi ilə bağlı həyata keçirdiyi bir sıra layihə və tədbirlər, bütün ölkə boyu bu münasibətlə gerçəkləşən mədəni-kütləvi mərasimlər əksini tapıb.

Xüsusi buraxılışın böyük bir hissəsi ölkəmizin regionlarında "Cümhuriyyət ili” çərçivəsində gerçəkləşən tədbirlərə ayrılıb. 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı” olan Naxçıvanda, Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarımızda təşkil olunan konsert və sərgilər, konfrans və dəyirmi masalar, digər mərasimlər nəşrdə əksini tapıb.

"Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!” – ulu öndər Heydər Əliyevin bu tarixi sözləri "Cümhuriyyət 100” xüsusi buraxılışının ümumi leytmotivini əks etdirir.

Dün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Dün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Dün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Dün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Dün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Dün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Dün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi