Əbülfəs Qarayev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin direktoru Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən Əbülfəs Qarayev ölkədə sözügedən mötəbər tədbir ilə əlaqədar aparılan hazırlıq işləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Nazir İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.
İrs Mərkəzinin direktoru M.Rossler isə 3-6 mart tarixlərində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. M.Rossler öz əməkdaşları ilə birgə İrs Komitəsinin sədri Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsindəki məsələlər haqda ətraflı məlumat verib.
Ümumdünya İrs Mərkəzinin regional koordinatorlarının hər biri məsul olduqları regionların ölkələrinə dair məlumat veriblər. Mərkəzin direktoru M.Rosler qeyd edib ki, artıq ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına yeni namizəd fayllar durur. Görüşdə, həmçinin komitə çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra tərəflər arasında sözügedən məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.
Qeyd edək ki, YUNESKO-nun ən mötəbər qurumlarından biri olan Ümumdünya İrs Komitəsinin iclasları zamanı Ümumdünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir.
Bugün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Bugün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Bugün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Bugün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Bugün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Bugün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bugün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Bugün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Bugün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Bugün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bugün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Bugün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Bugün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Bugün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Bugün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Bugün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Bugün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
Dün, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
Dün, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
Dün, 17:14
AFFA 4 klubu cərimələdi
Dün, 16:34
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB
Dün, 15:20
Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
Dün, 14:36
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
Dün, 13:12
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Dün, 12:33
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
Dün, 12:00
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
Dün, 11:17
Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək