Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”
Gündəm / Mədəniyyət
Oxunub: 837
4 Mrt 2019 | 16:14
Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”

“Televiziyalar bizi hələlik qonaq qismində efirlərə dəvət edirlər, amma konsertlərimizi göstərmək niyyətində deyillər. Bu həftə də gözləyək, ondan sonra tam açıqlama verə bilərik.”

xeber.info xəbər verir ki, bunu Azvision.az -a "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib. Onun sözlərinə görə, rəhbəri olduğu teatrın fəaliyyətinin işıqlandırılması barədə televiziyalardan təklif gəlməyib:

“Hər bir işin başında səbr dayanır. Biz də səbirliyik. 4 il gözləmişik, bir az da gözləyə bilərik. Bəzi televiziya işçiləri bizi qonaq kimi dəvət etmək istəyirlər. Bununla sübut etmək etmək niyyətindədirlər ki, baxın, biz sizi çağırırıq. Məni özəl kanallardan birindən zəng edib verilişə dəvət edirlər. Onlara deyirəm ki, siz istənilən müğənnini verilişə dəvət edəndə, onun sənətindən danışırsınız. Çünki həmin müğənninin mahnılıarını, kliplərini efir vasitəsi ilə göstərirsiniz. Bir halda ki teatrımızın fəaliyyətini işıqlandırmırsınız, biz nədən danışacağıq? Mənim uşaqlıq dövrümdən? Sənət adamını verilişə çağırırsansa, gərək onun sənətindən danışasan. Ancaq istəmirəm bu məsələyə pessimist yanaşım. Bu həftəni də gözləyək. Düşünürəm ki, müəyyən addımlar atılacaq”.

Aktyor vurğulayıb ki, Babası Süleyman Ələsgərovun adına küçə salınması ilə bağlı işlər artıq həllini tapıb: “Məsələ dərhal öz həllini tapdı. Sadəcə indi küçələr üzərində işləyirik, baxırıq, seçirik. Ölkə başçısına təşəkkür edirəm. Operativ halda qərar qəbul olundu və icrasına başlanıldı. İcra başçısı Eldar Əzizov da sağ olsun”.

Qeyd edək ki, Əməkdar artist Tahir İmanov ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı bəzi televiziyaların onların fəaliyyətinə qadağa qoyduğunu bildirib.

Prezident İlham Əliyev Tahir İmanovun şikayətinə dərhal cavab verib: "Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".
Bugün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi