Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı
Gündəm / Şou
Oxunub: 357
1 Kas 2021 | 10:20
Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı

Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verib.

xeber.info xəbər verir ki, X.Vəliyev bildirib ki, onlara daxil olan məlumat əsasında 2017-ci ilin may ayında cinayət işi başlanıb: "İstintaq zamanı bir neçə adamın dövlətə xəyanət etdiyi sübut olundu və onlara ittiham verildi, məhkəmə məsuliyyətinə cəlb olunmaları üçün haqlarında ittiham aktları ilə birlikdə cinayət işləri məhkəmələrə göndərildi. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra həmin hökmlərdən apellyasiya və kassasiya şikayətləri verildi. Göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvədə saxlanıldı.

Bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. Mənim tələbimdə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri oradakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi".
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi
3-09-2026, 16:34
Putinin mühafizəsi GÜCLƏNDİRİLİB
3-09-2026, 15:20
Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
3-09-2026, 14:36
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
3-09-2026, 13:12
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
3-09-2026, 12:33
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
3-09-2026, 12:00
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb
3-09-2026, 11:17
Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək