Əri və qardaşı şəhid olan məşhurlar - Nanə, Elariz, Nadir, Təranə,..

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabiti ilə 5 saat təkbətək döyüşərək, düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, milyonlarla soydaşımızı öz doğma yurd-yuvalarından didərgin salan Ermənistanla döyüşdə ölkəmiz minlərlə şəhid verib. Onların əksəriyyəti gənclərdir.
Saytımız Qarabağ döyüşlərində doğmalarını itirən məşhurlarla bağlı araşdırma aparıb.
Müğənni Elariz Məmmədoğlunun qardaşı Qarabağ savaşında itkin düşüb. Müğənninin bildirdiyinə görə, qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyə kimi bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib.
Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 29 yaşında şəhid olub. Təhsil Nazirliyi nəzdnində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyən X.Quliyev könüllü olaraq cəbhəyə yollanır və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Manikli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 31 yaşında şəhid olub. Cəbrayıl rayonu Polis İdarəsi Cinayət axtarış şöbəsinin rəisi işləyən Z.Əhmədov könüllü olaraq cəbhəyə yollanıb. Nəinki Cəbrayılda, Qabarağda xüsusi nüfuza malik olan Zahid Əhmədov vicdanlı məmur olaraq ad çıxarıb. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğul yadigarı qalıb.
Tanınmış aparıcı Nanə Ağamalıyevanın qardaşı da şəhid olub. Bununla bağlı açıqlama verən aparıcı bildirib ki, qardaşı 6 əsgər yoldaşı ilə birgə şəhid olub: "Həmin hadisə bizə çox pis təsir etdi. Qardaşim digər şəhidlər kimi şərəfli ömür yaşadı və biz onunla fəxr edirik”.
Müğənni Təranə Qumralın qardaşı Firdovsi Məmmədov da Qarabağda şəhid olub. O, milli ordumuzun ilk şəhidlərindən biridir. Müğənninin bildirdiyinə görə, qardaşı yoldaşları ilə birlikdə düşmənlə saatlarla davam edən döyüşdə böyük şücaət göstərib və qəhrəmancasına şəhid olub.
Xalq şairi, mərhum Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Qarabağ döyüşlərində şəhid olub və Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanan T.Xəlilbəyli Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.
Müğənni Nadir Qafarzadənin yaxın qohumu Ravil Novruzov aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Bu barədə açıqlama verən müğənni bildirib ki, Ravil çox mədəni, təvazökar və vətənpərvər gənc olub: "Onun ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olması idi”.azxeber
Anews.az
Dün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Dün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Dün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Dün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Dün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Dün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Dün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi