Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
Gündəm / Mədəniyyət
Oxunub: 998
21 Ock 2019 | 11:22
Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub

20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbirlərdən biri də Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş edilən Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası olub.

AZƏRTAC xəbər verir ki, 11 il bundan əvvəl yazılmış əsər özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.

Əsərdə əvvəlcə xoşbəxt ailəni görürük. Bütün hisslər və niyyətlər Arif ilə Mələyin qarşıdakı toyuna yönəlib. Lakin Vətənimizin başı üzərini alan qara buludlar bu sadə və gözəl insanların ümid və arzularını həyata keçirməyə imkan vermir. Şəhərlər və kəndlər, çiçəkləyən bağçalar, ailə yuvaları dağıdılıb. Hər şey xaosa və tənhalaşmaya məruz qalıb. Nişan mərasimində “Qarabağ şikəstəsi”ni ifa etməsiylə yadımızda qalan ailənin kiçik övladı – gələcək Xilaskardan başqa bütün üzvləri həlak olur.

Operanın musiqisi ilk notlardan özünün dramatikliyi, lirik melodiyanın gözəlliyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı ələ alır. Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (Coşğun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası, sədaqətli və qayğıkeş Əsli) bütünlüklə dərindən hiss edərək öz opera obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında Gəlmə və Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsir bağışlayırdı. Yaralı kəndçinin rolunu bütün illər ərzində Tural Ağasıyev dəyişməz və gözəl ifa edir.

Tərkibində yeni, gənc ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da özünü yaxşı nümayiş etdirib. Müasir operanın bütün bu mürəkkəb və çoxtərkibli “orqanizmi”ni coşqunluq və yüksək peşəkarlıqla teatrın musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.

F.Əlizadənin “İntizar” operası yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib. Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli və unudulmayan tarixi səhifələrinə həsr edilən “İntizar” operasının bu müxtəlif interpretasiyaları bir daha əsərin hələ də tükənməyən yaradıcı potensialını nümayiş etdirir.
Bugün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Bugün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Bugün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Bugün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Bugün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Bugün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Bugün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
Dün, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
Dün, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Dün, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
Dün, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
Dün, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
Dün, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Dün, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Dün, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
Dün, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Dün, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Dün, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
Dün, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Dün, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Dün, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
Dün, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Dün, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
Dün, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi