Lamiyə Əliqızı: Azərbaycanda elm, təhsil, mədəniyyətin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda elm, təhsil, mədəniyyətin inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təhsil sahəsində aparılan silsilə islahatlar cəmiyyətin inkişafında və şəxsiyyətin formalaşmasında çox mühüm rol oynamışdır. Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə aiddir. Bu illər ərzində təhsil sahəsində aparılan quruculuq işləri hal-hazırda təhsil sahəsində görülən işlərin əsasını qoymuşdur. Ulu Öndər Heydər Əliyev siyasi və iqtisadi inkişaf kursunu başlayaraq, Azərbaycanda uğurlu təhsil sisteminin qurulmasına, davamlı islahatların aparılmasına təkan vermiş və təhsil sistemin uğurlu inkişafı üçün zəmin yaratmışdır. Bu strategiyaya əsasən təhsilin inkişafı üçün dövlət bir çox mühüm proqramlar qəbul etmiş, dövlət büdcəsindən təhsilə ayrılan xərclər ilbəil artmışdır. “...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir...” (Heydər Əliyev)
Ümummilli Lider Heydər Əliyevin rəhbər olduğu illərdə məktəbəqədər təhsil müəssisələrinin, orada təhsil alanların sayı kifayət qədər artmışdır. Sosial-iqtisadi və mədəni yüksəlişin məhz ümumi təhsildən keçdiyinə dərindən əmin olan Ümummilli Lider əsas diqqətini bu sahəyə yönəltmiş, məktəblərdə şəraitin daha da yaxşılaşdırılması üçün ardıcıl qərarlar vermişdir. Həmin qərarlara görə ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndirilmiş, keyfiyyət dəyişilikləri həyata keçirilmişdir, yeni məktəb binaları tikilmiş və şagird təlim şəraiti yaxşılaşdırılmışdır. Ulu Öndərin ölkə rəhbərliyi dövründə şagirdlərin pulsuz dərsliklərlə təmin olunmasına başlanmış və hazırda da bu davam edir. Şagirdlərin dərsliklərlə və müəllimlərin tədris vəsaitləri ilə təmin olunması dövlətin təhsilə verdiyi böyük önəmdir.
“Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Ulu Öndərin bu kəlamı müəllim peşəsini seçən hər bir kəsə bir stimuldur. Heydər Əliyev müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra qərarlar vermişdir. “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. “Cəmiyyət, xalq və ölkə üçün dəyərli vətəndaşlar hazırlamaq məktəbin və müəllimlərin üzərinə düşən ən əsas vəzifədir” deyən Ulu Öndər, müstəqil Azərbaycanın inkişafında və onun dünyaya tanınmasında rolu olacaq şəxsiyyətlərin məhz məktəbdə yetişdirilməsini nəzərdə tuturdu.
“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır ....” (Ümummilli Lider Heydər Əliyev)
Ulu Öndərin başladığı siyasəti ölkə başçısı İlham Əliyev uğurla davam etdirərək müəllimlik peşəsinin nüfuzunun artması üçün mühüm işlərə imza atmışdır. Yaxşı təhsil güclü iqtisadiyyata, mədəniyyətə və elmə malik olan dövlət deməkdir. Elm və mədəniyyətimizin görkəmli nümayəndələri, təhsil sahəsinin savadlı şəxsiyyətləri hər zaman olduğu kimi müasir dövrümüzdə də Azərbaycanı həm ölkə daxilində, həm də ölkə xaricində şərəflə təmsil etmək iqtidarındadırlar.
Lamiyə Əliqızı
Xeber.info-un baş redaktoru
Dün, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Dün, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
Dün, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Dün, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
Dün, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
Dün, 12:10
Media: İranın Xark adasında partlayış olub
Dün, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi
