ALİ BAŞ KOMANDANIM YAŞA SƏNİ MİN YAŞA!
Çexiya -Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri,texniki elmlər doktoru,professor Azər Kərimov /Rəsul/ Faktinfo.az saytına, 20 dekabr 2020-ci ildə qələmə aldığı 26 bənddən ibarət "Ali baş komandanım yaşa səni min yaşa" şeirini göndərib.O, yazdığı şeirdə fikirini obrazlı və ahəngdar bir şəkildə ifadə edib.
Qeyd edək ki,30 illik işğal altında olan Azərbaycanın tarixi torpaqlarının qəvi düşməndən azad edilməsinin sevinci şeirdə əks olunur,sərsəm erməni təbliğatına qarşı aparılan sistemli,ardıcıl siyasət kursunun sonda qələbə ilə nəticələnməsi şeirin əsas şüarı kimi vurğulanır.
Müəyyən məzmuna malik "Ali baş komandanım yaşa səni min yaşa" şeirinin yayımı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ad günü ərəfəsinə təsadüf edir. Faktinfo.az şeiri təqdim edir:
Ali baş komandanım yaşa səni min yaşa!
Sənin xofun dolanır hayların qafasında
Elə hey gizlənirlər ovçunun ayasında
Əyrilik höküm sürür onların mayasında
Düşmənin qollarını sən bağladın,sən daşa
Ali baş komandanım yaşa səni min yaşa.
Bu illərin ərzində kimliyini danmadın
Şah dedin sözlərini özgəyə yarınmadın,
Bir anda döyüşçüdən kənarda dayanmadın
Hava kimi, su kimi hopdun ruha, yaddaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Deyənlar az olmadı siz barışın,birləşin
BMT-də, ATƏT-də nə söyüşün, dilləşin
Nə haqqı var boylana varlığına günəşin?
Ziyamızdan düşmənin gərək gözü qamaşa
Ali baş komandanım yaşa səni min yaşa.
İndən belə analar saçını yolan deyil!
Ağbirçək nənələrin gözləri dolan deyil
Bunun ayrı yozumu olmayıb olan deyil
Sənin cəsarətinə dünya edir tamaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Bizim haqq işimizdən şərqdə-qərbdə halıydı
Vətən müharibəsi yüz illərin qalıydı
Özgə cür gözləmirdik, belə də olmalıydı
Bu canlı-cansızları yaxşı saldın təlaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Qəbirdən beşiyədək,sevindirdin hamını
Şuşada Pənah xanın, sən yandırdın şamını
Tam özünə qaytardın bu xalqın inamını!
Bax indi çox doğmadı m'ənən qardaş-qardaşa
Ali baş komandanım yaşa, səni min yaşa.
Təlxəklik, riyakarlıq hələ qanlarındadı
Yüz dəfə xəlbirində, ələ qanlarındadı
Addım başı təhlükə,tələ qanlarındadı
Onlarda cürət hanı qabaq-qarşı dalaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Keçdiyin yol sığışmır nə kitaba, nə rəfə
Gəlişi çatmamısan, sən belə bir şərəfə
Biz salavat veririk səsin gələn tərəfə
Siz buna layiqsiniz hazırsınız savaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Sadəcə qeyrətsizi qeyrətinlə sındırdın
Sən çıxışlarındakı heyrətinlə sındırdın
Dünyanın göz önündə cürətinlə sındırdın
Ad cəkmirəm bu yerdə çoxlarını bir başa
Ali baş komandanım yaşa səni min yaşa.
Nələri yağmalayıb, nəyi gözləmirdilər
Bulağın dəhnəsindən, gözündən əmirdilər
Puç oldu arzuları,nələr istəmirdilər
Həsrət qoydun onları sən zirvəyə,sən qaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Haqq-ədalət anlamı haylara tanış deyil
Ruhu xəstə,sərsəri canlara tanış deyil,
Sadəcə saydıqlarım, onlara tanış deyil
İnanmıram bu tayfa həqiqətlə dostlaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Gülləmizin zərbindən sinəsi dağlanıbdı
Tanrının əlləri ilə qapısı bağlanıbdı
Kökündən baltalanıb başından dağlanıbdı
Qara tikan çinara bir də çətin sarmaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Bu yurddan getməlidir cığırları,izləri
Yoxuşda addım başı titrəsə də dizləri
Səhv salıblar deyəsən bu oyunda bizləri
Bir də onları belə gərək qoymayaq çaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Gec də olsa bir yolluq daşlarını atmışıq
Döyüşdə saylarını bir az da azaltmışıq
İçlərində bir qorxu,bir heyrət yaratmışıq
Çəkiləndə adımız düşmən gərək çaxnaşa.
Ali baş komandanım yaşa səni min yaşa.
Bunlarda bir qaydadı hər səhər gəzdirirlər
Bezib yorulsalar da bir təhər gəzdirirlər
İçlərində bir zəqqum, bir zəhər gəzdirirlər
Kütbeyin ermənilər inanmıram ballaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Vətəndən az düşmədi o qədər də payları
Onlara sərf eylədik həftələri, ayları
Ağzımızın içində yüz illərdir hayları
Çox mehman eyləmişdik, biz plova,biz aşa
Ali baş komandanım yaşa səni min yaşa.
Bu yerdə türklüyümü gizlətmirəm,danmıram
Mən içimdən böyüyəm əsla xırdalanmıram
Bir də məşvərət üçün yenidən inanmıram
İrəvanda,Vedidə bu qarğalar toplaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Səsimiz gələn kimi an üstündə getdilər
Bu sayax yola saldıq can üstündə getdilər
Səhər-səhər o başdan dan üstündə getdilər
İstəməzdik əlimiz qanlarına bulaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Olduqca qorxuludu sifəti boz kürənlər
Quyruğunu bulayıb sahibinə hürənlər
Qapı-qapı dilənib səfil ömür sürənlər
Tamam bürünmüşdülər bu yerdə al qumaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Kotanı ayaq tutub torpağını xişlamaz
Yersiz-yurdsuz olanlar bir mənzildə qışlamaz
SİZ inanın TANRIMIZ,onları bağışlamaz
Gərək onlar bizimlə layiqli halallaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Hələ də sürünürlər, dəhlizində Livanın
Suriyada Manvelin,Fransada İvanın
Zəlillər inanmıram ABŞ-ın, Moskvanın
"Bir də gedib cüt əlli quyruğundan sallaşa"
Ali baş komandanım yaşa səni min yaşa.
Biz də doğmalarıyıq, m'ənən bizi duyanın
Həmdəmi olmamışıq, özgələrə uyanın
Bu bir həqiqətdir ki, dörd yanından dünyanın
Verir göz aydınlığı, indi sirdaş-sirdaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Əbədi sərkərdəmiz qələbəyə hazırsan
Ədalətin yolunda əzmlə dayanırsan!
Tarixin səhifəsinə, yeni tarix yazırsan
Torpaq artıq qayıdır təmənnasız yurddaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Bizim kimliyimizi yüz ildir ələyirlər
Həm gizlində,həm aşkar işimizi əyirlər
Ya fürsət axtarırlar,ya məqam gözləyirlər
Bunlar çox hərisdilər yad torpağa,yad daşa
Ali baş komandanım yaşa səni min yaşa.
Min şükür sərhədboyu yellənir bayrağımız
Sizə səcdə eyləyir aranımız, dağımız
Sizin istəyinizlə gərək Qarabagımız
Yenidən çiçəklənə, yenidən dastanlaşa
Ali baş komandanım yaşa səni min yaşa.
Azər Rəsul, bu tayfa nəsihət alan deyil
Ağıl kamal düşüncə elə də kalan deyil
Yaraları bunların əsla sağalan deyil
Pis "qonşunun" deyiblər, haşa əlindən haşa
Ali baş komandanım yaşa səni min yaşa.
20 dekabr 2020
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi
