Zəngəzurun tarixini işırlandıran layihə sona çatdı.

Oktyabrın 26-da Azərbaycan Universitetində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin ərsəyə gətirdiyi “Zəngəzur: Sabaha hesablanmış işğal” tarixi sənədli filmi təqdim edildi . ATESHAz saytı əbər verir ki, Azərbaycan Universitetində keçirilən tədbirdə Universitetin müəllimləri, tələbələri, həmçinin çoxsaylı ictimai şəxslər iştirak etdi. Tədbir şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla başladı. Daha sonra Azərbaycanın Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin sədri Rada xanım Abbas ermənilərin yüz illər boyunca xalqımızın başına gətirdiyi terror hadisələrindən danışdı. Rada Abbas bildirdi ki, tarix boyu erməni vandalizmi davam edib. Natiq çıxışı zamanı bildirdi ki, 2020-ci ilin sentyabr ayında ermənilər layiqli cəzalarını aldılar. 44 günlük Vətən müharibəsində tarixi ədalətin nəticəsi olaraq Qarabağa zorla soxulmuş Ermənistan ordusu darmadağın edildi. Rada Abbas daha sonra qonaqları “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi”nin ərsəyə gətirdiyi “Zəngəzur: Sabaha hesablanmış işğal” sənədli filminə baxmağa davam etdi. Tədbirin sonunda tələbələrə “Zəngəzur: Sabaha hesablanmış işğal” sənədli filminin diskləri hədiyyə edildi və xatirə şəkilləri çəkildi.
Layihənin ikinci tədbiri isə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində baş tutdu. Tədbiri giriş sözü ilə Universitet Həmkərlar Təşkilatının sədri Bayram Aslanov açaraq tədbir iştirakçılarını təqdim etdi. Əvvəlcədən razılşadırıldığı kimi ilk olaraq şəhidlər yad edildi və Azərbaycanın Dövlət himni səsləndirildi. bayram Aslanov AZMİU-nin şəhid tələbələri ilə bağlı fotoslayd təqdim edərək onlar haqda məlumat verdi. Bundan sonra söz layihə rəhbəri Raə Abbasa verldi. Radə Abbas Azərbaycan Respublikasının eyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agetliyinin maliyyə dəstəyi ilə çəkilmiş film haqda qısa məumatverdi və hər kəsi filmə baxmağa dəvət etdi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Millət vəkilləri Sədaqət Vəliyeva və Jalə Əhmədova, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov, “Əsgər Qardaşım” İctimai Birliyinin sədri Firəngiz Əkbərova, Qarabağ müharibəsində iştirak etmiş döyüşçü qadınlar Gülpəri Sərkarova, Ruhəngül Hüseynova, İradə Həmzəyeva, Afaq Məmmədova filmin yaradıcı heyəti və universitetin müəllim və tələbələri iştirak etdi.
Film nümayiş olunduqdan sonar Radə Abbas film haqqında danışaraq məlumat verdi ki, filmin Azərbaycan dilindən başqa həm də ingilis dilində olan versiyası da var. Məqsədimiz filmimizin dünyada yayımlanması və dünyanın həqiqətləri öyrənməsidir. Biz də bu işimizlə müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngəzur siyasətinə kiçik bir dəstək verdiyimizi düşünürük! Hər zaman cənab İlham Əliyevin arxasındayıq və onun həm daxili, həm də xarici siyasətini ürəkdən dəstəklədiyimizi bildiririk.
Millət vəkili Sədaqət Vəliyeva da qalib Azərbaycanın, müzəffər Ali Baş Komandanın və Azərbaycan ordusunun zəfərindən fəxrlə danışdı:”Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Prezidentimiz işğalda qalmış qədim yurd yerlərimizi siyasi iradəsi hesabına azad etməkdə israrlıdır ".
Millət vəkili Jalə Əhmədova çıxışında ümummilli Lider Heydər Əliyevin bir tövsiyyəsini xatırlatdı: “Bundan sonra da elə əsərlər yaranmalıdır kı, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər ücün yol açmalıyıq”. Hesab edirəm, film mükəmməl formatda çəkilib. Bu filmi uşaq və gənclərin izləməsi də vacibdir.Digər natiqlər də filmin çəkilməsinin , mövzusunun günün tələbi olduğundan bəhs etdilər. Tədbirin sonunda iştirakçılara filmə aid disklər paylandı.

















Dün, 18:16
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm
Dün, 17:33
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib
Dün, 16:56
WUF13-ə onlayn qeydiyyat uzadıldı
Dün, 16:11
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj
Dün, 15:25
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Dün, 14:53
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Dün, 14:08
"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
Dün, 12:52
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Dün, 11:53
CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür
Dün, 11:08
Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır
Dün, 10:36
"Energetika Memarlığı" filmi təqdim olunub
Dün, 10:01
Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb
Dün, 09:32
Esvatini Kralı Bakı Ali Neft Məktəbində olub
Dün, 09:06
Azərbaycan nefti ucuzlaşıb
19-05-2026, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
19-05-2026, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
19-05-2026, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
19-05-2026, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
19-05-2026, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
19-05-2026, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
19-05-2026, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
19-05-2026, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
19-05-2026, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
19-05-2026, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
19-05-2026, 11:47
Oğul anasını traktorla vurub öldürdü
19-05-2026, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
19-05-2026, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur