Azərbaycanda meyitdən götürülən orqanların SİYAHISI genişləndirilir
Səhiyyə
Oxunub: 932
16 Ağu 2018 | 10:59

Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Dəyişikliklər haqqında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev özəl olaraq bildirib ki, bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir:

"Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir".

M.Quliyev bildirib ki, artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi qurulmayıb: "Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır. Digər tərəfdən mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Ö dövrdə bütün dünyada transplantasiya haqqında təsəvvürlər indiki qədər geniş deyildi, həm də son illərdə elmi-texniki yeniliklər baş verib və biz onları da qanuna əlavə etməliyik. O cümlədən orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılması vacib məsələdir. Bundan əlavə mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qaraciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir".

 

M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək.

Deputat qeyd edib ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır:

"İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər".

Bugün, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Bugün, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
Bugün, 12:56
Bazar gününün havası açıqlanıb
Bugün, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Bugün, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
Bugün, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
Bugün, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
Bugün, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
Dün, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Dün, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dün, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Dün, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
Dün, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
Dün, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Dün, 14:35
İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
Dün, 12:57
Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
Dün, 12:26
Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir
Dün, 11:20
İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
Dün, 10:41
Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib
Dün, 10:16
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
Dün, 09:44
Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Dün, 09:23
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Dün, 08:52
Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
4-06-2026, 18:06
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
4-06-2026, 16:40
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
4-06-2026, 15:58
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib
4-06-2026, 13:54
Keşlədə obyekt yanır