İtaliya hökuməti TAP layihəsinə sadiqdir
İqtisadiyyat
Oxunub: 699
3 Ağu 2018 | 15:07

İtaliyanın Baş naziri Cuzeppe Konte və Melendunyo şəhərinin meri Marko Poti arasında keçirilmiş görüş İtaliya hökumətinin Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına sadiqliyinin göstəricisidir.

xeber.info Trend-ə istinadən xəbər verir ki,  Bunu Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) yüksək vəzifəli mənbə bildirib.

Mənbə əmin olduğunu bildirib ki, bu görüş layihənin reallaşdırılmasına müsbət təsir göstərəcək:

"İndiyədək bu cür görüşlər olmamışdı. Amma indi Baş nazir Konte Vaşinqtonda Donald Trampla görüşü zamanı dediklərinə tam uyğun olaraq yerli ictimaiyyət nümayəndələrilə ilə görüşlərə başlayıb. Mən əminəm ki, bu, zəruri razılaşmanın əldə olunmasına aparan yoldur”.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransında TAP-ın İtaliyanın enerji təchizatı üçün strateji layihə olduğunu deyib.

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında "Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq (illik 20 milyard kubmetrə kimi artırıla bilər).

TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir. TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km-dir. TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır. TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilib

Bugün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Bugün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Bugün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Bugün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Bugün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Bugün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Bugün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Bugün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı