“Kaspersky Lab”: Azərbaycan bankları kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayıblar
İqtisadiyyat
Oxunub: 688
2 Ağu 2018 | 13:34

Ən mürəkkəb müdafiə sistemləri maliyyə təşkilatları, həmçinin, sənaye və telekommunikasiya kimi sahələrində kritik infrastruktur obyektlərində istifadə olunmalıdır.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Bunu  "Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşfiq Məmmədov bildirib.

Onun sözlərinə görə, maliyyə təşkilatları digərlərindən fərqli olaraq daha çox hücuma məruz qalırlar, məhz ona görə onların ixtisaslaşdırılmış müdafiəyə daha çox ehtiyacları var. Kibertəhlükəsizliyin adaptiv strategiyası şirkətlərin etibarlı müdafiəsini təmin edəcək. Bu anlayış məqsədli hücumların müəyyənləşdirilməsini; iş yerləri, bankomat və terminalların müdafiəsini; bulud mühitlərinin kibertəhlükəsizliyini; təcrid edilmiş şəbəkələrə olan təhdidlərin analitikasını; fırıldaqçılıqdan müdafiəni və əməkdaşların təlimini özündə birləşdirir.

 

"Biz ölkənin bank sektoruna olan bir sıra hücumun araşdırmasında və dəfetməsində iştirak etmişik. Əksər hallarda məhz mürəkkəb münaqişələr səbəbindən Azərbaycan bankları özlərinin kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayır, kompüterlərin müdafiəsi üzrə ən son həllərlə yanaşı, məqsədli hücumlardan "Kaspersky Anti Targeted Attack Platform” kimi kompleksli metodları tətbiq edirlər”, - deyə Müşfiq Məmmədov bildirib.

Bundan başqa, son zamanlar əməkdaşlarının informasiya təhlükəsizliyi ilə bağlı davranış qaydalarının öyrənilməsi məsələsinə ciddi yanaşan yalnız maliyyə təşkilatları deyil: "Bu prosesdə bir çoxlarına şirkət əməkdaşlarının biliyini yoxlamaq üçün test qaydasında fişinq hücumları təşkil edən "Kaspersky Lab”ın həlləri kömək edir. Sözügedən prosedur oyun formasındadır, məhz buna görə dərin kompüter biliklərinə malik olmayan əməkdaşlar belə kibertəhlükəsizliyin nə olduğunu, onun əhəmiyyətini, özünü və işlədiyi şirkəti nə cür müdafiə etməyi asanlıqla anlayır. Əməkdaşlar tərəfindən onların ofisə gəldikdə kompüteri qoşan zaman üzərlərinə düşən məsuliyyətin dərk edilməsi olduqca vacibdir”.

"Kaspersky Anti Targeted Attack Platform” həlli – mürəkkəb təhdidlərin proaktiv müəyyənləşdirilməsi və kiberhücum risklərinin və onların dağıdıcı təsirinin nəticələrini minimuma endirilməsi üçün nəzərdə tutlmuş innovasiya platformasıdır. Maşın təliminin yeni texnologiyalarından və bulud infrastrukturundan təhdidlər barədə əldə olunan ən aktual məlumatlardan istifadə edərək sözügedən həll şirkətlərə etibardan salınmış sistemləri, məqsədli hücumları və mürəkkəb təhdidləri vaxtında müəyyənləşdirməyə kömək edir və qoruyur.

Bugün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Bugün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Bugün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Bugün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Bugün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Bugün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Bugün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Bugün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı