DSX: Dövlət sərhədini pozmağa cəhd edən üç nəfər narkotiklə saxlanılıb (FOTO)
Hadisə
Oxunub: 714
5 Eyl 2018 | 10:47

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

xeber.info Trend-ə istinadən xəbər verir ki, DSX-dən verilən məlumata görə, 2018-ci ilin sentyabr ayının 3-də saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində "Niva” markalı AZ 43-BC-686 nöm­rəli dövlət nömrə nişanlı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub, avtomobildə olan 3 nəfər naməlum şəx­sin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtar­ması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.

Qeyd edilən şəxslərin yaxalanması barədə qərar verilib, sərhədçilərin "Dayan” komandasını eşidərək qaçmağa cəhd edərkən havaya xəbərdarlıq atə­şi açıldıqdan sonra saxlanılıb. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 ədəd metadon həbi aşkar olunub.

 

Saxlanılmış vətəndaşların şəxsiyyəti müəyyən edilib, onların Lənkəran rayon sakini 1984-cü il təvəllüdlü Əliyev Xaliq Bayram oğlu, Lerik rayon sakinləri 1979-cu il təvəllüdlü Bayramov Fuad Həsənağa oğlu və 1982-ci il təvəllüdlü Xosurov Rüfət Rizvan oğlu olmaları məlum olub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bugün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Bugün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Bugün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Bugün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Dün, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
Dün, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Dün, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Dün, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Dün, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Dün, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
2-07-2026, 11:00
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
2-07-2026, 10:29
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
2-07-2026, 09:46
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
2-07-2026, 09:25
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb
2-07-2026, 08:59
İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında