Qubada cinayətkar dəstənin 2 üzvü tutulub, digərləri axtarılır
Hadisə
Oxunub: 715
27 Ağu 2018 | 13:25

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman M.Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

 

Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığına görə pulu ödəyə bilməyib, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək onu özünü öldürmə həddinə çatdırıb. Nəticədə R.Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı M.Quliyev və A.Mövlanov barəsində Quba RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bugün, 16:03
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
Bugün, 15:30
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Bugün, 14:55
İmişlidə zəlzələ olub
Bugün, 13:17
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Bugün, 12:43
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Bugün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Bugün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Bugün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Bugün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Dün, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
Dün, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Dün, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Dün, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Dün, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Dün, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib