Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb
Hadisə
Oxunub: 697
21 Ağu 2018 | 13:13

"Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb, "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 15 avqust tarixində Gürcüstan ilə dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd "XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd "Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd "X-nova”, 10 ədəd "Ku Fly”, 20 ədəd "Etel”, 10 ədəd "Odsen-6700”, 10 ədəd "Kgtell” markalı mobil telefon qutuları aş­karlanıb.

 

18 avqust tarixində Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilmiş sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin İran vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, 2018-ci ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­cana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, "Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­ub. Sərhəd pozucusunun üzərində Azər­bay­canda yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd "Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İİR realı, 58 AZN, İİR-ə məxsusu müxtəlif 6 ədəd, AR-ə məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bugün, 16:03
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
Bugün, 15:30
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Bugün, 14:55
İmişlidə zəlzələ olub
Bugün, 13:17
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Bugün, 12:43
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Bugün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Bugün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Bugün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Bugün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Dün, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
Dün, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Dün, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Dün, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Dün, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
Dün, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib