“Əməliyyat” keçirən “reket jurnalistləri” DTX saxladı
Hadisə
Oxunub: 585
13 Ağu 2018 | 16:24

"El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilmiş, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanmışdır.

xeber.info Trend-ə istinadən xəbər verir ki, DTX-dan verilən məlumata görə, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi "90-PF-742” dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılmış, əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilmişdir.

Faktla bağlı başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunmuşlar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülmüşdür.

 

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr vermişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Dün, 16:03
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
Dün, 15:30
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Dün, 14:55
İmişlidə zəlzələ olub
Dün, 13:17
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Dün, 12:43
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Dün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Dün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Dün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Dün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
3-07-2026, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
3-07-2026, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
3-07-2026, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
3-07-2026, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
3-07-2026, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
3-07-2026, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
3-07-2026, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib