Buzovnada törədilən qətlin üstü açıldı
Hadisə
Oxunub: 659
13 Ağu 2018 | 13:06

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.

xeber.info Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus "Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilib.

 

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılıb, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dün, 16:03
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
Dün, 15:30
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Dün, 14:55
İmişlidə zəlzələ olub
Dün, 13:17
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Dün, 12:43
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Dün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Dün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Dün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Dün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
3-07-2026, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
3-07-2026, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
3-07-2026, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
3-07-2026, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
3-07-2026, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
3-07-2026, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
3-07-2026, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib