Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi bilindi
Hadisə
Oxunub: 665
13 Ağu 2018 | 11:39

Qida Təhlükəsizliyi Agentliyi Bakıda baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı açıqlama yayıb.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Agentlikdən verilən məlumata görə, avqustun 11-də Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində "Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülmüş və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

 

Bundan əlavə hadisənin baş verdiyi "Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Dün, 17:40
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Dün, 16:55
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib
Dün, 15:55
Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
Dün, 15:22
AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
Dün, 14:52
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Dün, 14:24
Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"
Dün, 13:13
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur
Dün, 12:39
Sabah 23 dərəcə isti gözlənilir
Dün, 11:55
Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"
Dün, 11:30
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Dün, 10:52
WUF13-ün proqramı açıqlanıb
Dün, 10:27
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət
Dün, 09:39
Bu günün valyuta məzənnələri
Dün, 09:06
Krıma PUA hücumu zamanı beş nəfər ölüb
5-05-2026, 18:51
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
5-05-2026, 18:22
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
5-05-2026, 17:50
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
5-05-2026, 17:16
Sumqayıtda avtomobil yolu çöküb
5-05-2026, 16:26
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
5-05-2026, 15:53
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib
5-05-2026, 15:23
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
5-05-2026, 14:36
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
5-05-2026, 11:31
Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
5-05-2026, 10:51
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
5-05-2026, 10:20
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
5-05-2026, 09:51
Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI
5-05-2026, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb