Kütləvi davada bir nəfər öldü, digəri yaralandı - Qətlin TƏFƏRRÜATI

Bakıda bir nəfəri öldürən, digərini yaralayan Tofiq Əlixanovun cinayət işi üzrə detallar məlum olub.
2020-ci il oktyabrın 8-də gecə saat 02:00-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Məqatil Zeynalovun üzərində qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi tapılıb.
Bundan əlavə, Maqatil Zeynalovun 1998-ci il təvəllüdlü həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Tofiq Əlixanov saxlanılıb.
İş üzrə dindirilmiş Tofiq Əlixanov ifadəsində bildirib ki, Məqatil Zeynalovu qəsəbə sakini kimi 10 ilə yaxındır tanıyır.
Oktyabrın 8-i gecə evdə yatdığı vaxt mobil telefonuna gələn zəngdən narahat olub, əvvəl cavab vermək istəməyib. Lakin dözməyib cavab verərkən zəng vuran şəxs özünü Məqatilin dostu kimi təqdim edib. O, hazırda Məqatillə bir yerdə olduğunu və Müşfiqabad qəsəbəsinə gəlmək üçün yolda olduqlarını bildirib. Qəsəbəyə çatanda yenidən zəng vuracağını deyən şəxs görüş yerinə gəlməyənin ünvanına ağır söyüşlər işlədib.
Bundan əsəbiləşən Tofiq paltarını geyinib çölə çıxıb. Həyat yoldaşı gecə vaxtı onun getməsinə mane olmağa çalışıb. Təxminən yarım saatdan sonra zəng edən Məqatil onu mədəniyyət evinin qarşısına çağırıb.
Tofiq Əlixanov ifadəsinin davamında bildirib ki, həmin yerə çatıb hamı ilə salamlaşandan sonra telefonda ünvanına söyüş söyənin kim olduğunu soruşub. Həmin an Məqatil söyüş söyənin özü olduğunu deyib, yumruq və təpiklə ona zərbələr endirməyə başlayıb. Əlbəyaxa olduqları vəziyyətdə hər ikisi yerə yıxılıb. Yanlarında olan dostları onları ayırmağa cəhd ediblər. Yerə yıxılan vaxt yeşiyin yanında gördüyü bıçağı cəld götürüb özünü müdafiə etməkdən ötrü sağa-sola yellətməyə başlayıb. Buna baxmayaraq, həmin şəxslər qaçmayıblar. Əksinə hiddətli şəkildə üstünə gəlməyə başlayıblar. Qaranlıqda əlində yellətdiyi bıçağın kimlərə dəydiyini hiss etməyib. Bir müddət sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
Məhəlləyə çatanda hadisədən bixəbər olan atası gecə vaxtı küçəyə çıxdıqları üçün onları tənbeh edib. Evə gələndən sonra paltarlarını dəyişib. Növbəti gün bilib ki, bıçaq xəsarətlərindən Məqatil Zeynalov ölüb və daha bir şəxs yaralanıb.
Məhkəmə iclasında Tofiq Əlixanov ittihamla razılaşmayaraq bildirib ki, heç kimi öldürmək niyyəti olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını, buna görə də ona qarşı şikayətinin olmadığını bildirib.
Sonda məhkəmənin hökmü ilə Tofiq Əlixanov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayət verib.
Bakı Apellyasiya Məhkəməsində hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Əlixanovun apellyasiya şikayəti təmin edilməyib.
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
6-06-2026, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
6-06-2026, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
6-06-2026, 08:57
BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr
6-06-2026, 08:32
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
5-06-2026, 18:13
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
5-06-2026, 17:29
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
5-06-2026, 16:38
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
5-06-2026, 16:14
Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb
5-06-2026, 15:48
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
5-06-2026, 15:18
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib