Sabiq icra başçısının qardaşına qarşı külli miqdarda dələduzluq - Restoranı 5,2 milyona satmaq istəyirmiş

Müxtəlif şəxslərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Hacıyev Rəşad Elxan oğlu və tanışı Müseyibov Rasim Ramiz oğlunun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluğa məruz qalan şəxslərdən biri də 2019-cu ildə vəfat edən Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevin qardaşı Hümbət Səfərovdur.
Belə ki, Rəşadla Rasim Səfərov Hümbət Nayfalı oğlunun mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən “Karnaval Hall” şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib.
Sabiq icra başçısının qardaşını aldadan şəxslər 2021-ci ilin yanvarında daşınmaz əmlakın qiymətləndirilməsi üçün ondan 5.000 manat alıblar. Tanışların növbəti yalanı isə daha maraqlı olub. Belə ki, Rəşadla Rasim Hümbət Səfərovun restoranını almaq üçün guya tapdıqları müştərinin pullarının xaricdə olduğunu, məbləğin Bakıya çarter reysi ilə gətirləcəyini bildiriblər. Bu məqsədlə sabiq icra başçısının qardaşından daha 30 min dollar alıblar. Ancaq bu, sonuncu dələduzluq olmayıb. Tanışlar alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə Hümbət Səfərovdan daha 73.000 manat mənimsəyiblər. Ümumilikdə Hümbət Səfərova qarşı 129.000 manat məbləğində dələduzluq edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Hümbət Səfərov bildirib ki, mülkiyyətində olan “Karnaval Hall” şadlıq sarayını 2019-cu ilin sonlarında satmaq qərarına gəlib və bu barədə ətrafında, o cümlədən, makler fəaliyyəti ilə məşğul olan Nizami, Rəşad adlı tanışlarına məlumat verib:
“Növbəti günlərdə, təxminən 2020-ci ilin yanvar ayının ortalarında Nizaminin işlətdiyi 8-ci km qəsəbəsində yerləşən, avtomobil bazarının yaxınlığındakı şadlıq evində Nizami və Rəşadla görüşdüm. Görüş zamanı Rəşad bildirdi ki, Rasim adlı tanışı onun obyektini sata bilər, onunla birlikdə bir neçə qiymətli obyekt satıb, onlar real iş görürlər. Növbəti günlərdə Rəşad Rasim adlı həmin tanışını “Elmed” klinikasındakı ofisimə gətirib mənlə tanış etdi. Söhbət zamanı Rasim dedi ki, onun Səfər adlı tanışı var, guya o, hansısa bankda filial müdiridir. Səfər hansısa vəzifəli şəxs üçün müxtəlif obyektlərin satın alınmasını təşkil edir, belə ki, həmin şəxsin Almaniyada Frankfurt şəhərində bankda külli miqdarda pulu var. Dedilər ki, Səfər həmin pulları Azərbaycana gətirib həmin şəxs üçün obyektlərin satın alınmasını təşkil edir. Rasim həmin vəzifəli şəxsin kimliyini açıqlamadı. Məndən qiymətləndirmə üçün 5000 manat pul istədilər, mən də həmin məbləği Rasimə verdim. Obyekti 5 200 000 manata qiymətləndiriblər. Ümumiyyətlə, müxtəlif bəhanələrlə hisə-hissə Rasimə 9.600 manat, Səfərin xahişi ilə Rasimə və Səfərin xalası kimi təqdim etdiyi Firuzə adlı qadına hissə-hissə 40 000 manatdan çox, Rasimə və Səfər adlı şəxsə 129 000 manat, Səfərin anasının dəfni üçün xərc çəkmiş Tural adlı şəxsə 4500 manat və Səfərin borcuna görə Ramil adlı şəxsə 5000 manat pul verdim”.
Hümbət Səfərov ana dəymiş ziyan ödənildiyini, hazırda şikayəti və tələbi olmadığını bildirib.
Məhkəmənin yekununda hökm oxunub. Hacıyev Rəşad Elxan oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Müseyibov Rasim Ramiz oğlu da eyni maddə ilə təqsirli bilinib və 5 il həbs cəzasına məhkum edilib. Rasimə təyin edilmiş cəza 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.
Qeyd edək ki, Hümbət Səfərovun Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevlə qardaş olsalar da, soyadları fərqlidir. Hümbət Səfərov eyni zamanda “Elmed” klinikasının sahibidir.
Onu da əlavə edək ki, Hümbət Səfərov bir neçə il öncə 400 min manatlıq dələduzluq ittihamı ilə gündəmə gəlmişdi. Belə ki, Cəbrayıl rayon sakini Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşən şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini bildirmişdi. H.Səfərov isə həmin dövrdə mətbuata açıqlamasında iddiaları yalanlamışdı.
Bugün, 16:05
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
Bugün, 15:04
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir
Bugün, 14:06
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bugün, 11:40
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü
Bugün, 09:30
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
Dün, 18:16
Bakıda "enerji həftəsi" keçiriləcək
Dün, 17:48
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
Dün, 16:58
Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
Dün, 16:07
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Dün, 15:28
Baş Prokuror İran səfirini qəbul edib
Dün, 15:08
Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
Dün, 14:36
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
Dün, 12:56
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
Dün, 12:28
Sabah Bakıda yağış yağacaq
Dün, 11:47
Paytaxtın 3 küçəsi 2 sutkadan çox bağlı olacaq - Siyahı
Dün, 11:13
Bakıda parkda meyit tapıldı
Dün, 10:35
5 güləşçimiz mübarizəyə başlayır
Dün, 10:04
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Dün, 09:37
Azərbaycan nefti 1 dollar ucuzlaşıb
Dün, 09:12
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
23-04-2026, 17:59
Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb
23-04-2026, 16:57
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
23-04-2026, 16:22
Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir
23-04-2026, 15:18
Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb
23-04-2026, 14:35
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək
23-04-2026, 13:10
İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır
23-04-2026, 12:28
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb