Ramin Hacılı məhkəmədə ifadə verməkdən imtina etdi
Hadisə
Oxunub: 0
8 Haz 2022 | 14:56
Ramin Hacılı məhkəmədə ifadə verməkdən imtina etdi


Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyada ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Özünü ittihamlardan təqsirli bilməyən Ramin Hacılı məhkəmənin xüsusi nəzarət altında keçirilməsini istəyib.

Ramin Hacılı hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. Bildirib ki, şahid və zərərçəkmişlər dindiriləndən sonra sərbəst ifadə verəcək.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Əliyev vəsatət qaldıraraq, dələduzluq, rüşvət verməyə təhrik və başqa ittihamlara xitam verilməsini istəyib. Vəkil bildirib ki, bu işdə mütəşəkkil dəstədən söhbət gedə bilməz: “Mütəşəkkil dəstə anlayışı var. Bu işdə rollar müəyyənləşdirilməyib, pul bölgüsü yoxdur, hansı mütəşəkkil dəstədən söhbət gedir? Alınan pullar təyyarə biletləri və başqa xərclərə sərf olunub. Ramin Hacılını yalnız saxta sənəd məsələsində günahlandırmaq olar. Xahiş edirəm, onun əməlinə Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsilə hüquqi qiymət verilsin”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra prosesdə şahid qismində ifadə verən "Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində çalışan Lalə İbrahimova deyib ki, Ramin Hacılı ilə eyni ofisdə işləyib.

"Mənim işim ofisdə sənədlərin çapı ilə məşğul olmaq olub. Ramin Hacılıdan elektron poçt vasitəsiylə gələn sənədləri çap eləmişəm. İbtidai istintaq vaxtı istintaqçılardan eşitdim ki, ofisdə işlədiyi müddətdə çap etdiyi sənədlər arasında saxtaları da var",- şahid bildirib.

Sonra şahid qismində ifadə verən Sənan Kərimov deyib ki, o Ramin Hacılını əvvəllər sosial şəbəkələrdən travel işləri ilə məşğul olan biri kimi tanıyıb, sonralar onun işlədiyi ofisə gedərək əyani tanış olub: “Ramin Hacılını sosial şəbəkələrdən izləyirdim, görürdüm ki, Avropa ilə əlaqələri var, insanlar ona müraciət edir, sonra ofisinə getdim, yaxından tanış oldum. Ofisə gedəndə də görürdüm ki, lövhəsi var, insanlara lövhənin qarşısında izah edirdi ki, ora nəyə görə gedirsiniz və sair. Bizim aramızda iş münasibətləri olmayıb. Sadəcə olaraq onu travel işini yaxşı təşkil edən biri kimi tanımışam. İşləməklə, gəzməklə bağlı yaxınlaşan adamların sənədlərinin hazırlanmasına, səfirliyə müraciət olunmasına, vizanın alınmasına kömək edirdi. Kiminsə viza alınmasında saxtakarlığa yol verildiyini görməmişəm”.

Növbəti məhkəmə iclası iyunun 22-nə təyin olunub.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı