3 il həbsdə qalan MTN polkovnikinə BƏRAƏT VERİLDİ
2007-ci ildə həbs olunmuş MTN polkovniki Rafət Əliyevə bəraət verilib.
xeber.info "Kriminalqafqaz"a istinadən xəbər verir ki, Ali Məhkəmə kassasiya şikayətinə baxaraq müəyyən edib ki, R.Əliyevin təqsirli bilindiyi hər iki maddə (CM-302, 341.1) üzrə ümumiyyətlə heç kim zərərçəkmiş şəxs kimi tanınmayıb. İşin faktiki halları üzrə xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı məhkumun rəis kimi qulluq mövqeyindən sui-istifadə etməklə və yaxud qulluq səlahiyyətlərini aşmaqla hər hansı qanunsuz bir hərəkətə yol verməsi təsdiq olunmayıb.
Onun vəkili Şaiq Hüseynovun verdiyi vəsatətə Ali Məhkəmədə baxılıb. Cinayət Kollegiyasının qərarı ilə R.Əliyev barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
İttihama görə, R.Əliyev rəisi olduğu şöbənin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı xidməti otaqlarda və dəhlizdə informasiyaların gizli yolla götürülməsi üçün xüsusi texniki-elektron vasitələr və texniki sızma kanalları quraşdırmaqda günahkar bilinirdi. İşin hallarında göstərilib ki, R.Əliyev 2002-ci ilin yayında informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr almağı və onları MTN-nin Hava Limanında yerləşən müvafiq xidməti otaqlarına və dəhlizinə quraşdırmağı Tahir Əsədzadəyə tapşırıb.
R.Əliyevin kassasiya şikayətində bildirilib ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr iş üçün müstəsna əhəmiyyət kəsb edən xüsusatlara hüquqi qiymət verib: “Rafət Əliyevin cinayət əməllərinin yerinə yetirməsini təsdiq edən heç bir sübut olmayıb. Həmin texniki vasitələr MTN-nin ovaxtki rəhbərliyi tərəfindən 2002-ci ildə alınıb, hava limanının binasında 2003-cü ilin yayında, sərnişin axınında saxlanılan qanunsuz miqrant və terrorçuluqda şübhəli əcnəbilərin gizli sorğularının aparılması məqsədilə quraşdırılıb. Dövlət Təhlükəsizlik Xidmətindən verilən məktubda qeyd edilib ki, həmin texniki vasitələr şəxsi maraq üzündən və şəxsi vəsaiti hesabına xidməti otaqlarda quraşdırılmayıb".
Ali Məhkəmə kassasiya şikayətini təmin edib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 7 oktyabr 2008-ci il tarixli qərarı R.Əliyevə aid hissədə ləğv edilib. Onun Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib.
Xatırladaq ki, R.Əliyev AZAL-ın Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov, idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə və idarənin mühəndis-proqramçısı Faiq Quliyevlə birlikdə hava limanındakı müxtəlif xidməti otaqlara dinləmə cihazı yerləşdirilməsi ittihamı ilə həbs edilmişdi. 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə E.Süleymanov 15 il, T.Mikayılov 2 il 6 ay, T.Əsədzadə 2 il 6 ay, F.Quliyev 2 il və MTN-nin polkovnik-leytenantı Rafət Əliyev 3 il azadlıqdan məhrum edilmişdi.
Bu hadisə zamanı mediada yayımlanan məqalələrdə iddia olunub ki, Rafət Əliyev MTN-in sabiq rəhbəri Namiq Abbasova yaxın kadr olduğu üçün o dönəmdə yeni vəzifəyə gələn və hazırda işsiz olan Eldar Mahmudovun göstərişi ilə həbs edilib.
Bugün, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Bugün, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
Bugün, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
Bugün, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bugün, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bugün, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Dün, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Dün, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Dün, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
Dün, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Dün, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
Dün, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
Dün, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
Dün, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
Dün, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
Dün, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
Dün, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
24-06-2026, 16:47
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
24-06-2026, 16:17
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
24-06-2026, 15:56
Neftçalada DOST filialının açılışı olub
24-06-2026, 15:33
Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"
24-06-2026, 15:02
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib
24-06-2026, 13:26
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
24-06-2026, 13:08
Sabah Bakıda və rayonlarda yağış yağacaq
24-06-2026, 12:40
Türkiyəyə köçən xarici vətəndaşlar - Azərbaycanlılar da siyahıdadır
