Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri məhkəmədə özlərini qismən təqsirli biliblər
Hadisə
Oxunub: 687
1 Ağu 2018 | 14:19

Bakı Hərbi Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin (DSX) Havanəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq HavaLimanında nəzarətçi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
xeber.info APA-ya intinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 
 
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. 
 
Qeyd edək ki, 2018-ci il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti və DSX əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul alan şəxslər ifşa edilib.


Dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Lətif Zeynalov və Zaur Qasımlının qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıb.


Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.


İşdə əcnəbi ölkə vətəndaşları - Ali Hasan Rashed Jumah Binnasr, Al Ghaffari YAqoub Mohd, Alhosani Mohamed Hassan Ali İbrahim, Alfalasi Omar Abdulla Bakhit Mohammad, Al Qahtani Mubarak Abdulla, Chan der Sheikhar zərərçəkmiş şəxs qismində tanınıblar.

 

 

Lətif Zeynalov və Zaur Qasımlının barəsində Cinayət Məcəlləsinin 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə ittiham elan edilib.

 

Bu işdə adı keçən və DTX-nın əməliyyatı zamanı həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlillinin barəsində istintaq ayrıca icraata götürülüb.

 

Dün, 16:03
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub
Dün, 15:30
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Dün, 14:55
İmişlidə zəlzələ olub
Dün, 13:17
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir
Dün, 12:43
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
Dün, 10:59
İlham Əliyev Donald Trampı təbrik edib
Dün, 10:23
Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər
Dün, 09:01
Neftin qiyməti 72 dolları ötüb
Dün, 08:35
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
3-07-2026, 17:03
İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH
3-07-2026, 16:00
Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
3-07-2026, 14:52
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
3-07-2026, 13:59
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
3-07-2026, 12:37
Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
3-07-2026, 11:49
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək
3-07-2026, 10:47
Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib
2-07-2026, 22:35
Lamiyə Əliqızı: Polis Günü – Qanunun keşiyində dayananların peşə bayramı
2-07-2026, 18:57
Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
2-07-2026, 18:28
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
2-07-2026, 17:33
Suriya və Livan arasında razılaşma imzalanıb
2-07-2026, 16:53
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
2-07-2026, 16:11
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
2-07-2026, 15:24
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
2-07-2026, 14:54
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
2-07-2026, 13:11
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
2-07-2026, 12:33
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
2-07-2026, 11:41
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib