Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14 dekabr 2019-cu il tarixdə Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) Ali Məclisinin toplantısı keçirilib. Toplantıda partiyanın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkiləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərini zamanın tələbi adlandırıb. Partiya sədri ölkədə həyata keçirilən dərin siyasi və iqtisadi islahatların yeni parlamentə zərurət yaratdığını bildirib. K.Seyidov qeyd edib ki, AARP bir siyasi təşkilat olaraq seçki prosesində fəal iştirak etməli, rayon təşkilatları ilə əlaqələri genişləndirməli, layiqli və fəal üzvlərinin parlamentdə təmsil olunmaları üçün dairələr üzrə onların namizədlikləri irəli sürülməlidir.
AARP-nin sədri Kamil Seyidov həmçinin onu da qeyd edib ki, rəhbərlik etdiyi partiyanın iqtidara yaxın digər bir neçə partiya ilə birlik yaratmaq və seçkilərdə vahid blok şəklində iştirak etmək məsələsi də gündəmdədir və hal hazırda bu məsələ müzakirə olunmaqdadır. Partiya sədri danışıqların gedişi ilə əlaqədar olaraq yaxın günlərdə partiya üzvlərinə və ictimaiyyətə geniş açıqlama veriləcəyini də diqqətə çatdırıb.
Tədbirdə AARP-nin seçki qərargahının sədri, partiya sədrinin birinci müavini Tərahim Abbasov çıxış edərək partiyanın rayon təşkilatlarının seçkilərə xüsusi maraq göstərdiklərini və proseslərdə fəal şəkildə iştirak etdiklərini bildirib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, partiyanın 42 dairədən namizədlər verməsi və onların seçkilərdə iştirakları ilə bağlı məsələlər artıq yekunlaşmaqdadır.
Azərbaycan Azad Respublikaçılar Partiyasının
Mətbuat Xidməti
27-06-2026, 16:19
London və Tehran razılığa gəldi
27-06-2026, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
27-06-2026, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
27-06-2026, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
27-06-2026, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
27-06-2026, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
27-06-2026, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
27-06-2026, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
26-06-2026, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
26-06-2026, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26-06-2026, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
26-06-2026, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2026, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
26-06-2026, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
25-06-2026, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
25-06-2026, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
25-06-2026, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
25-06-2026, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
25-06-2026, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
25-06-2026, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
25-06-2026, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
25-06-2026, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
25-06-2026, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib