Donbas Qarabağa oxşamağa başlayıb - Hər şey separatçıların xeyrinədir
Gündəm / Dünya
Oxunub: 524
11 Ara 2019 | 15:50
Donbas Qarabağa oxşamağa başlayıb - Hər şey separatçıların xeyrinədir

Donbas Dağlıq Qarabağa oxşamağa başlayıb.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə əldə olunan nəticələrə münasibət bildirib.



Politoloq hesab edir ki, Donbas böhranının həlli ilə məşğul olan “Normand formatı” çərçivəsində liderlərin görüşündə ciddi nəticə əldə olunmadı:

“Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar. Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür. Məsələn, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dedi ki, Donbasın xüsusi statusu Ukrayna Konstitusiyasında təsbit olunmalıdır. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək. Zelenski haqlıdır. Donbasın xüsusi statusu Konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar”.

Politoloq bildirib ki, Paris görüşündə yeganə irəriləyiş kimi atəşkəsin qorunması göstərildi:

“Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən, silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlkitək haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhəddinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Seperatçılar bunun əleyhinədir”.

E. Şahinoğlu vurğulayıb ki, Ukraynanın prezidenti müharibə istəmir:

“Kiyevlə Moskvanın bir başqa razılaşması girovların dəyişdirilməsinin davam etdirilməsiylə bağlıdır. Beləliklə, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı. Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir”.
Bugün, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək
Bugün, 18:32
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
Bugün, 17:57
"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
Bugün, 17:25
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
Bugün, 12:17
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
Bugün, 10:33
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
Dün, 18:14
Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib
Dün, 17:43
Şagirdlər üçün çox vacib sənəd hazırlandı
Dün, 17:10
İran təsir zonasını 10 dəfə artırıb
Dün, 16:39
Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
Dün, 16:25
Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək
Dün, 15:30
SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib
Dün, 11:49
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
Dün, 11:06
İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib
Dün, 10:33
Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Dün, 10:01
Biləcəridə işıq olmayacaq
Dün, 09:28
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır
Dün, 08:48
Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb
11-05-2026, 17:26
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
11-05-2026, 16:25
Gürcüstanın yeni patriarxı seçilib
11-05-2026, 13:29
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
11-05-2026, 12:12
Tərtərdə iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
11-05-2026, 10:33
İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib
10-05-2026, 11:00
“AP-ni sərt tənqid edən Azərbaycandan suveren xarici siyasət nümunəsinin şahidi oldum”
10-05-2026, 10:30
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
10-05-2026, 10:00
Premyer Liqa: XXXI turun son oyun günündə "Turan Tovuz" və "Neftçi" komandaları meydana çıxacaq
10-05-2026, 09:11
İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı