Əlil ailəsi nədən giley edir? - Müraciət...
Gündəm / Sosial
Oxunub: 649
2 Ara 2019 | 15:04
Əlil ailəsi nədən giley edir? - Müraciət...

Prezidentin məmurlara xalqın, özəlliklə aztəminatlı ailələrin problemlərinə diqqətlə yanaşmağı tapşırması, özbaşınalıq edənləri cəzalandıracağı haqqında xəbərdarlığı, “barmaq silkələməsi” kommunal xidmət qurumlarını və rabitə xidmətini , deyəsən , “silkələməyib”. Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq, heç kəsdən qanunda nəzərdə tutulmuş miqdardan artıq ödəniş tələb edilə bilməzliyinə baxmayaraq, vətəndaşlardan şişirtmə ödəniş tələb edərək xidmətdən məhrum edən sözügedən qurumlar əlillərin də BMT konvensiyası ilə təsbit olunan hüquqlarını pozmaqda davam edirlər. Bəri başdan deyək ki, heç bir istehlakçıdan dövlət sifarişi olan , ərazi planlaşdırılması həyata keçirilən sahənin sosial infrastrukturla təmin olunmaslna görə ödəniş tələb edilə bilməz. Belə çıxır, vətəndaş şəhərin mərkəzində özünə yol, nəqliyyat, kanalizasiya, işıq, qaz, rabitə və s. xətti çəkməlidir? Bəs onda hökumət nəyə lazımdır?

Əlillərin yaşadıqları evlərin və giriş qapılarının rabitə xidməti ilə təchizatı və təmin olunması müvafiq icra hakimiyyətinin üzərinə qoyulsa da, rabitə sahəsində müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN ) və onun müvafiq qurumları həyata keçirsə də, əlillərdən bu təchizata və təminata görə qanunsuz ödəniş tələb edərək xidmətdən imtina edən də elə NRYTN və yanındakı qurumlardır. Təsəvvür edin, 5 il olacaq ki, Yasamal Telefon Kommunikasiya Qovşağına (TKQ) ayda bir dəfə Baktelekomun baş direktoru Rövşən Əliyevin imzası ilə Badamdar qəsəbəsi, 2-ci massiv, 277-ci sahədə yaşayan əlil ailəsinə telefon çəkilməsi ilə bağlı müraciət edilir və hər dəfə də əlil sənədləşmə üçün Yasamal TKQ-ya gedəndə zavallı əlilə çağırılmadığı bildirilir. Özbaşınalığı təsəvvür edə bilirsinizmi? NRYTN Baktelekoma, Baktelekom Yasamal TKQ -ya qazinin, əlilin telefonla təmin olunmaq haqqında müraciətini rəsmi qaydada ortalıq 50 yol (!) göndərib və hələ də Yasamal TKQ-ya müraciətin daxil olmadığı bildirilir! Belə çıxır, Baktelekom “qaziyə qaç, tazıya tut” deyir? Onu da vurğulayaq ki, Yasamal TKQ-nın Pənah adlı əməkdaşı 4 il qabaq zəng edərək kabelləşmə aparıldığını və yaxın günlərdə əlil ailəsinə nömrə ayrılacağını deyib və indi məlum olur ki, telefon yuvası dolub və əlilə ayrılan nömrə də başqasına satılıb! (?) Elə bu “telefon satqınlığı” səbəbindən əlindən 2 dirək və 300 metr kabel almağı, üstəlik 400 manat da çəkiliş haqqı ödəməyi tələb edirlər. Bu özbaşınalığı şəbəkənin 100 metrdən qıraqda qalması ilə “əsaslandıran” “telefon satqınlarl”nı nə 5 illik rəsmi məktublar, nə kabelləşmənin düz evin qabağındakı dirəkdən “asılması” ilgilənındirmir. Heç demə, telefon çəkdirmək istəyən hər ev yiyəsi 2 dirək, 300 metr kabel almalıdır !? İstənilən halda, əlillərin telefon -rabitə, kommunikasiya texnologiyaları ilə təmin edilməsi , vurğuladığımız kimi, dövlətin hesabınadır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018 tarixli 1153-VQ saylı Azərbaycan Respublikası Qanununun 14 -cü maddəsində MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, MÜƏSSİSƏLƏRİN VƏ TƏŞKİLATLARIN TABELİKLƏRİNDƏ OLAN YOL-NƏQLİYYAT, RABİTƏ, İNFORMASİYA , MƏDƏNİYYƏT, MƏİŞƏT VƏ DİGƏR SOSİAL İNFRASTRUKTUR OBYEKTLƏRİNİN ƏLİLLƏRİN İSTİFADƏSİ ÜÇÜN AĞLABATAN UYĞUNLAŞDIRMALARI təsbit olunub.

Hələ də qanunu icra etmək məmurun ağlına batmır, əlilin, vətəndaşın başına ağlına batmayanlar gəlir!

MƏĞRUR BƏDƏLSOY

P.S.3 Dekabr -Beynəlxalq əlillər günüdür. ..
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
8-06-2026, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
8-06-2026, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
8-06-2026, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
8-06-2026, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
8-06-2026, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
8-06-2026, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
8-06-2026, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
8-06-2026, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb