İcra başçısının qəbulunda döşəmə uçdu - İDDİA
Gündəm / Sosial
Oxunub: 554
25 Kas 2019 | 13:23
İcra başçısının qəbulunda döşəmə uçdu - İDDİA

Gədəbəydə icra başçısı İbrahim Mustafayevin təşkil etdiyi tədbirin keçiriləcəyi binanın döşəməsi uçub, yaralılar var. Məlumata görə, hadisə rayonun Alnabat kəndində baş verib. Başçı ilə görüş üçün idarə binasına dəvət olunan sakinlər orada gözlədikləri zaman döşəmə uçub, qəbula gələnlər döşəmənin altına tökülüblər.

Olay zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alanlarla yanaşı əli-ayağı sınanların olduğu da bildirilir. Döşəmə uçan zaman binada 50 nəfər şəxsin olduğu haqda da xəbərlər var. Döşəmə uçandan sonra başçının qəbulu baş tutmayıb.

Rayondan aldığımız məlumatda qeyd olunur ki, Gədəbəydə dövlətin balansında olan qəzalı binalar çoxdur. Həmin binaların təmirinə büdcədən hər il pul ayrılır. Əvəzində rayon icra hakimiyyəti son illərdə dəfələrlə təmir edilib. Üstəlik səlahiyyəti kifayət qədər azaldılan bu orqana əlavə bina tikilir. Halbuki binanın tikintisinə ayrılan pullarla rayondakı qəzalı binaların əksəriyyətini yeniləmək, döşəmə və tavanlarını dəyişdirmək olardı. Hazırda icra hakimiyyətinin qarşısından keçən yol kəsilib, ora bahalı daşlarla üzlənilir.

Rayon sakini Fəqani Hüseynovun Facebook sosial şəbəkəsində yazdığına görə, Gədəbəy Rayon İcra Hakimiyyətinə tikilən yeni bina üçün büdcədən 3 milyon 500 min manat vəsait ayrılıb. Həmin vəsaiti rayonun icra başçısı İbrahim Mustafayevlə Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov mənimsəyirlər. Binanın tikintisində fəhlələrə ayrılan pul bu 2 şəxsin cibinə gedir. Fəhlə kimi DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzinin işçiləri pulsuz işlədilir. Binanın tikintisi isə yerli sahibkarların hesabına başa gəlir.

Ümumiyyətlə Gədəbəydən gələn məlumatlar rayonun icra başçısı baxımından bəxti gətirməyən rayonlardan olduğunu söyləməyə əsas verir. İbrahim Mustafayev vəzifəyə təyinat alandan sonra 2 icra nümayəndəsi infarkt olub. 5 ay öncə Gədəbəy rayonun Qaradağ kənd icra nümayəndəsi Cahangir Qasımov başçının qəbuluna çağırılıb. Vəzifəsində qalması üçün irəli sürülən tələbləri yerinə yetirə bilməyəcəyini deyən icra nümayəndəsi təhqirlə üzləşib, işdən qovulub. Bu ilin aprelində baş verən olaydan sonra Cahangir Qasımov dünyasını dəyişib. Onun icra başçısının şəxsi qəbulundan çıxan kimi ürək tutmasından öldüyü xəbəri var. Eyni davranışla Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərovun da qarşılaşdığı bildirilir. 10 min manat pul gətirməsi tələbinə Asif İsgəndərov 2 övladının ali təhsilli və işsiz olduğunu, hər ay 515 manat kredit ödədiyi cavabını verib. Əvəzində ona pulu gətirməsi və ya işdən çıxması tələbi qoyulduğu iddia olunur. Otaqdan qovulan Asif İsgəndərov oktyabrın əvvəlində yüksək təzyiq, infarkta meyllilik diaqnozu ilə Gədəbəy rayon xəstəxanasına müraciət edib. Orada həkimlər nümayəndənin təzyiqini aşağı sala bilməyiblər. Nümayəndə təcili Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Və hələ də xəstəxanada həkim nəzarəti altındadır.

Gələn məlumata görə, Söyüdlü kəndinə icra nümayəndəsi vəzifəsinə başçı artıq namizəd də tapıb. Bu şəxs Nahid Qabil oğlu Allahverdiyevdir. Bu şəxs vaxtilə çalışdığı Gədəbəy rayon peşə liseyindən külli miqdarda korrupsiyaya görə Əmək Məcəlləsinin “C” maddəsi ilə işdən qovulub. Korrupsiyaya görə işdən qovulan bu şəxsi başçı müavini Natiq Nağıyevlə birləşdirən ortaq cəhət də elə bu məqamdır. Natiq Nağıyev də 2000-ci ildə Əmək Məcəlləsinin “C” maddəsi ilə işdən qovulub. Başçının nümayəndə oyunu ilə bağlı məlumatları isə sosial şəbəkələrdə ictimailəşdirən rayon sakini Anar İsgəndərovdur.

Gədəbəydə torpaqlar da təhlükədədir. Bu həmin ərazilərdir ki, mənfur düşmənlərimiz Qarabağ müharibəsi dövründə ələ keçirmək üçün ora can atıblar. Amma bacarmayıblar. İndi isə durum fərqlidir. Düşmənin ələ keçirə bilmədiyi torpaqları maşın-maşın satırlar. Bu işlərə havadarlıq edən şəxs kimi İbrahim Mustafayevin adı çəkilir. Ortada Gədəbəyin Saratovka kəndinin mübahisəli ərazisində torpaqların maşınlara doldurulması əks olunan videolar da var. Videomaterialı sosial şəbəkələrə yollayan şəxs yazıb ki, ərazidəki texnikalar gecə-gündüz işləyir, texnikalar vasitəsilə qara torpaq daşınır.

Yayılan xəbərlərdən belə aydın olur ki, icra başçısı İbrahim Mustafayevin özbaşınalığına aidiyyəti qurumlar göz yumur, Gədəbəyin Saratovka kəndindəki torpaq talanına biganə qalır. Yayılan videonun altındakı şərhlərdə torpaqların hansısa “şahənşahın” bağına daşındığı haqda rəylər də var.

Yazıda yer alan iddialara münasibət öyrənmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Bununla belə qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
“Yeni Müsavat”
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
8-06-2026, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
8-06-2026, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
8-06-2026, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
8-06-2026, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
8-06-2026, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
8-06-2026, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
8-06-2026, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
8-06-2026, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb