"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM
Gündəm / Sosial
Oxunub: 642
18 Kas 2019 | 14:17
"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM


Bir müddət öncə gecə radələrində təcili olaraq mənzil başına çatmaq üçün taksi xidmətindən istifadə etdik. Maşın elə təzəcə Babək prospektindəki körpüyə yaxınlaşırdı ki, tıxaca düşməli olduq. Uzun müddət tıxacda qalsaq da, hərəkət bərpa olunmadı. Məcburiyyətdən geri qayıdan sürücülərdən nə baş verdiyini soruşduq. Məlum oldu ki, qəza hadisəsi baş verib və tərəflər maşınları yolun ortasında saxlayaraq sığorta şirkətinin əməkdaşının gəlməsini gözləyirlər. Sığortaçı da, yalan olmasın, 2 saatdan yuxarıdır ki, hadisə yerinə gəlib çıxa bilmir. Nəticədə isə, böyük tıxac yaranır və vətəndaşlar əziyyət çəkməli olurlar. Maraqlıdır, yolda nəqliyyatın hərəkətinə mane olan, insanların vaxtını alan bu cür hadisələri necə tənzimləmək olar ki, sürücülər uzun müddət sığorta şirkətini gözləmək məcburiyyətində qalmasınlar?

Sığorta məsələləri üzrə ekspert Kamran Babayev bildirdi ki, ən ideal variant hadisə yerindən şəkillər çəkməkdir: "Bu məsələ, əslində sığorta şirkətindən də asılıdır. Məsələn, sığorta şirkətinə rəhbərlik etdiyim dönəmlərdə bu cür hadisələr necə tənzimlədiyimizlə bağlı təcrübəmizi bölüşə bilərəm. İlk olaraq sürücü hadisə yerindən avtomobilin şəkillərini çəkib saxlayır. Yolda tıxac yaratmamaq üçün hadisə yerindən çox da uzaqlaşmamaq şərti ilə sığorta şirkətinin və yol polis əməkdaşlarının gəlməsini gözləmək lazımdır ki, hadisəni protokollaşdırsınlar. Ən ideal variant isə sığorta şirkətlərinin onlayn mobil tətbiqinin olmasıdır. İndi bəzi şirkətlər bundan istifadə edir, amma gələcəkdə daha geniş yayılmış olacaq. Belə ki, sürücü hadisə yerindəcə maşının şəkillərini çəkib sığorta etdirdiyi şirkətin xüsusi mobil tətbiqinə yükləyir, hadisənin harada, necə baş verdiyini qeyd edir və sığorta şirkətinin əməkdaşları şəkillərə baxıb hadisə yerinə gəlib-gəlməyəcəklərini bildirirlər. Hadisə yerindən şəkil çəkilibsə və polislər də bunu qeydə alıblarsa, sığorta şirkəti hadisə yerinə getməyə bilər. Amma günümüzdə ən çox istifadə edilən variant ilk dediyimdir. Əgər yolda tıxac yaratmaq istəmiriksə, hadisədən dərhal sonra maşının şəkillərini çəkib, sonra bir kənarda gözləmək olar. Sığorta şirkətinin əməkdaşı gələndə həm maşını, şəkilləri, həm də yol polisinin protokolunu görəcək və hadisəni qeydiyyata götürəcək”.

Ekspertdən, sığorta şirkətinin belə bir məqamda yollardakı kamera çəkilişini istəmək hüququnun olub-olmadığını da soruşduq: "Əgər hadisə ilə bağlı şübhələr varsa, bu zaman sığorta şirkəti rəsmi olaraq müraciət edib Dövlət Yol Polisindən çəkilişi istəyə bilər. Bu, sırf sığorta işinin tənzimlənməsi üçün lazımdır”.

Sığorta üzrə ekspert İlkin Nəcəfov qeyd etdi ki, bu məsələ həm də sürücülər arasındakı razılıqdan asılıdır: "İcbarı sığorta haqqında qanunda da var ki, əgər zərər verənlə zərərçəkmiş şəxs arasında mübahisəli məqam yoxdursa, bu zaman yol polisinə və sığorta şirkətinə məlumat verməklə, nəqliyyatın hərəkət axınına mane olmamaq üçün avtomobili hadisədən sonra yolun kənarına çəkə bilərlər. Amma tərəflər arasında mübahisəli məqam olsa belə, hər yerdə kamera var. Həmin kamera çəkilişləri vasitəsi ilə məsələni həll etmək olar. Yəni sürücülərin yolun ortasında maşını saxlamalarının əsas səbəbi budur ki, birdən maşını tərpədərik, sığorta şirkəti ödənişi etməkdən imtina edər. Ancaq hadisəni törədən tərəf günahı boynuna alırsa, bu zaman nəqliyyatın axınına mane törətmək düzgün deyil. Hətta bunun özü belə, qanun pozuntusudur. Avtomobil hərəkət edilməyəcək vəziyyətdirsə, bu zaman evakuator çağırıla bilərlər. Son olaraq bir daha vurğulayıram, əgər tərəflər arasında mübahisəli məqam yoxdursa, maşınların kənara çəkilməsi daha məqsədəuyğundur, nəinki yolun ortasında saxlamaq”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, sığorta şirkətləri bəzən ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki, sürücülər də bunun üçün maşını yerindən tərpətmədən, sığortaçını gözləyirlər: "Yol hərəkəti haqqında qanun buna icazə verir ki, 1000 manata qədər dəymiş zərərə görə, hadisə yerində dayanıb nə sığorta şirkətinin nümayəndəsini, nə də polis əməkdaşlarını gözəməyə ehtiyac yoxdur. Sürücülər öz aralarında razılığa gəlirlər. Bundan başqa xüsusi texniki vasitələr var ki, avtomobilin şəklini çəkmək olur. Sürücülər özləri hadisə yerindən çəkiliş edib həmin görüntüləri yol polisinə göstərərək, kimin günahkar, kimin günahsız olduğunu müəyyənləşdirirlər. Yol polisi də buna uyğun olaraq protokol tərtib edir, həmin protokolla bərabər, "forma 4” arayışı verilir. Bu arayışın əsasında isə sığorta ödənişi edilir. Sadəcə sığorta şirkətləri sürücüləri incidir, maşının yerindən tərpədilməsi ilə bağlı çoxlu bəhanələr gətirirlər. Təsəvvür edin, bəzən polisin protokolunu belə şübhə altına alırlar. Ona görə, kiçik zərərdə belə, sürücülər saatlarla sığorta şirkətinin əməkdaşının gəlməsini gözləyirlər. Hansı ki, qanun icazə verir ki, maşını müəyyən qədər də olsa, yol kənarına çəksinlər ki, tıxaca səbəb olmasınlar”. //kaspi.az//
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
8-06-2026, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
8-06-2026, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
8-06-2026, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
8-06-2026, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
8-06-2026, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
8-06-2026, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
8-06-2026, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
8-06-2026, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb