“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” təklifinə münasibət bildirib.
Nazir S. Babayev Milli Məclisdə bildirib ki, bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir:
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən məbləğ 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir. Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var. Hələ tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir.
Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, mimumum əməkhaqqı 2 dəfə , 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün, yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.
Xatırladaq ki, Azərbaycanın gələn il üçün dövlət büdcəsinin xərcləri 26 milyard 913 milyon manat nəzərdə tutulur. Doğurdanmı, neft gəlirlərinin daxil olduğu ölkədə “uşaq pulu”-nun ayrılması mümkünsüzdür?
İqtisadçı Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində “uşaq pulu”-nun verilməsi ölkənin sosial-iqtisadi vəziyyətindən asılı olmur: “Bu daha çox sosial - demoqrafiq siyasətin insan kapitalı siyasəti ilə uzlaşdırılması əsasında formalaşdırılır. Azərbaycanda bunun üçün kifayyət qədər maliyyə imkanları var. Hesabamalar daha real göstəricilər əsasında aparıla bilər. Büdcənin yaratdığı imkanlar çərçivəsində bütün imkanlar çərçivəsində bütün mexanizmlər formalaşdırıla bilər. Mövcud şəraiti qiymətləndirsək, görərik ki, hazırda kiçik ailə modeli formalaşdırılmaqdadır. Son 15 ildə bu trend daha da sürətlənib. Bu o deməkdir ki, “uşaq pulu” siyasəti diferensial əsaslarla formalaşdırıla bilər. Birinci, ikinci, üçüncü və s. uşaqlara verilən vəsaitin həcmi fərqləndirilə bilər. 18 yaşına qədər uşaqlara uşaqpulunun verilməsi özü də sual doğurur. İndiki şərtlər daxilində maliyyə tələbinin müəyyən qədər azaldılması üçün 16 yaşına qədər uşaqlara “uşaq pulu”-nun verilməsi mexanizminin formalaşması yaxşı olar. Ən pis halda birinci uşaq üçün vəsait ödənilməyə bilər, çünki adətən Azərbaycan ailələri üçün bir uşaq zəruri xarakter daşıyır. İkinci və daha sonrakı uşaqlara differensial əsaslarla “uşaq pulu” müəyyənləşdirilə bilər. Məsələn ikinci uşağa 75 manat, üçüncü uşağa 110, dördüncü uşağa 150 manat həcmində vəsait ayrıla bilər. Bizim göstərdiyimiz göstəricilər də mütləq deyil, bunların üzərində işləmək olar”.
İqtisadçı deyir ki, təxminən 1 -1,5 milyard manat vəsaiti ayırmaqla Azərbaycanda bu yanaşmanı köklü şəkildə dəyişmək mümkündür: “Müxtəlif sosial istiqamətlər üzrə bənzər istiqmətlərə yönələn vəsaitlər var - yəni sosial yardım, 6 və daha çox uşaqlı ailələrə, 18 yaşına çatmamış fiziki məhdudiyyətli uşaqlara, valideynini itirmiş uşaqlara müavinətlərin verilməsi mexanizmləri var. Bütün bu vəsaitləri bir qədər də cəmləşdirib “uşaq pulu“ mexanizminə cəmləmək olar. Dövlət büdcəsində sosial xərclərin həcmini müəyyən qədər artırmaq mümkündür. Bizdə büdcənin cəmi 39,5 faizi sosial təyinatlıdır. Normal inkişaf etmiş ölkələrdə büdcənin 70-80 faizi bu istiqamətə ayrılır. Büdcənin sosial xərclərini artırmaq üçün kifayyət qədər baza var”.
Rəşad Həsənov qeyd etdi ki, büdcənin əhəmiyyətli hissəsi - bəzi hesablamalara 44 faiz, Dünya Bankının hesablamalarına görə 63-64 faizi gizli iqtisadiyyatın predmetidir: “Cari ilin 8 ayında leqalaşdırma istiqamətində aparılan işlər nəticəsində büdcəyə əlavə 800 milyon manat vəsait daxil olub. Bu özü də uşaq pulu və digər sosial mexanizmlərin formalaşdırılması üçün müəyyən maliyyə mənbəyi rolunu oynaya bilər. Növbəti ildə 5 milyadra yaxın vəsait dövlət investitsiya xərcləri üçün nəzərə tutulub. Hamıya məlumdur ki, dövlət investitsiya xərclərinin vergisinin əhəmiyyətli hissəsi korrupsiyanın predmetinə çevirilir. Bu vəsaitlərin üzərində nəzarət mexanizmini təkmilləşdirmək, prosesi şəffaflaşdırmaqla nə qədər büdcə vəsaitinə qənaət etmək olar ki, bu vəsaitləri də qeyd edilən istiqamətə yönəltmək olar. Şəxsən mən düşünürəm ki, nazirin vəziyyəti bu qədər dramatikləşdirməsi, rəqəmləri bilərəkdən şişirtməsi doğru yanaşma deyil”.
Bugün, 10:11
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
Bugün, 09:34
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:12
BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
8-06-2026, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
8-06-2026, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
8-06-2026, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
8-06-2026, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
8-06-2026, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
8-06-2026, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
8-06-2026, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
8-06-2026, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub