Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL
Rusiyanın xarici işlər naziri Sergey Lavrov son günlər Azərbaycan gündəminin əsas tənqid hədəfinə tuş gələn isminə çevrilib. Buna səbəb də, onun İrəvana səfəri çərçivəsində və ondan bir gün qabaq Qarabağ mövzusunda verdiyi açıqlamalar, o sırada “Dağlıq Qarabağ xalqı”nın razılığı olmadan nizamlamanın mümkün olmayacağını bildirməsidir.
Məlumat üçün bildirək ki, Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur. Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurur. Viktor Lavrov 5 yaşlı ögey övladına öz soyadını verir və beləliklə, Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edir. Rusiya XİN-in rəhbəri dəfələrlə atasının erməni olduğunu və erməniləri sevdiyini dilə gətirib.
Mövzu ilə bağlı söhbət etdiyimiz politoloq Tofiq Abbasov öncə Lavrovun nə zaman vəzifəsindən gedəcəyi barədə ehtimallarını səsləndirdi: “Onun vəzifədən getməsi məsələsini həll edəcək bir nəfər var, o da Putindir. Lakin burada bir məsələni dəqiqləşdirmək istəyirəm. Lavrov Ermənistan mətbuatının yazdığından fərqli olaraq, ikibaşlı danışmayıb. Əslində onun oradakı çıxışı bir qədər normal idi. Erməni ekspertləri özləri istədikləri kimi həmin fikirləri təhrif olunmuş formada çatdırıblar. Bu, başqa məsələdir ki, bəli, Lavrov dəfələrlə ermənipərəst mövqeyini sərgiləyib, Rusiyanın Xarici İşlər Nazirliyində erməni lobbiçiləri var, ola bilsin ki, onun özü belə onlara rəhbərlik edir. Bunun üçün də qeyd etmək istəyirəm ki, Azərbaycan hər zaman güclü olmalıdır, ordusunu daim hazır vəziyyətdə saxlamalıdır. Çünki onsuz da əvvəl-axır bu məsələ hərbi yolla öz həllini tapacaq. Lavrov ermənipərəst, lap erməni olsa belə, anlayır ki, münaqişə tərəfləri arasındakı güc fərqi müqayisə olunmayacaq dərəcədə böyükdür”.
Müsahibimiz Lavrovun Kreml üçün əhəmiyyətindən də söz açdı: “Rusiya kimi dövlətlərdə xarici işlər naziri dövlət başçısının tapşırıqları, onun siyasəti əsasında hərəkət edir. O heç bir zaman özbaşınalığa yol verə bilməz. Bu, aydın bir məsələdir ki, Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir. Hətta deyərdim ki, yarım subyektdir. Onun müstəqilliyi şərtidir. Lavrov uzun zamandır bu postda çalışırsa, demək ona həm etimad var, həm də o bir qulluqçu, sadiq bir əməkdaş kimi prezidentin dediklərini olduğu qaydada həyata keçirir, kifayət qədər düzgün mövqe sərgiləyir. Əgər onunla bağlı narazılıq olardısa, XİN rəhbəri vəzifəsində olmazdı. Bundan əvvəl o vəzifədə olanlar oldu, amma bu postu doğrulda bilmədilər. Bu müddət ərzində, hətta prezident seçkilərindən sonra belə xəbərlər gedirdi ki, o artıq yorğundur, postunu tərk etmək istəyir. Açığı Putinin yerində olsaydım, Lavrovu o postda saxlamazdım. Niyə? Bu adamın bir qızı var. O artıq Amerika vətəndaşlığını alıb. Necə ola bilər ki, Rusiya Federasiyasının, özü də Amerika ilə sərt münasibətlərdə olan bir dövlətin xarici işlər nazirinin qızı Amerika vətəndaşlığını alır? Lavrov bu postdan gedəndən sonra, çox güman ki, Amerikaya gedəcək. Hətta onun orada əmlakı da var. Onu da deyim ki, Lavrov BMT-də Rusiyanın nümayəndəsi kimi çalışarkən Rusiyanın dövlət pullarını birjalarda haradasa dövriyəyə buraxmışdı. Bunu sizə əminliklə deyirəm. Oradan qazanc əldə edirdi. Bilirsiniz ki, gecə-gündüz məsələsi var. Yəni Rusiyada gündüz olanda, Amerikada gecə olur. Bu yolla pulları birjalarda dövriyəyə buraxırdı ki, oradan qazanc əldə etsin. Bu faktlar təsdiq də olunub. Şəxsən mən o insana inanmazdım. Bu adam ilk növbədə alverçi xislətindədir. Digər tərəfdən, əgər bunun doğma balası Amerika vətəndaşlığını Rusiya vətəndaşlığından üstün tutursa, bu adamdan hansı vətənpərvərliyi gözləmək, yaxud hansı proseslərin məsuliyyətini etibar etmək olar? Bütün bunlar o anlama gəlir ki, Lavrov candərdi çalışır. Amma, heç şübhəsiz ki, o hələ nazirdirsə, demək ya xüsusi xidmətləri var, ya da Putinlə olduqca yaxındır ki, onunla vidalaşmaq istəmir”.
T.Abbasov Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasını bilavasitə Lavrovun o postda qalması ilə əlaqələndirmir: “Bu tək Lavrovdan asılı məsələ deyil. Rusiya siyasi elitasında çox tirəlik var. Bu ölkənin vahid siyasi elitası yoxdur. Şimal qonşumuzda siyasi dəhlizlərdə, Dumada, bir sıra təşkilatlarda artıq Azərbaycan lobbisi peyda olub. Bizim diplomatiya işləyir. Sakit dayanmamışıq. Siyasi elitada müxtəlif qüvvələrə işləyən qruplar var. Fikrim ondan ibarətdir ki, Azərbaycanın gücü artdıqca, Ermənistan və onunla bağlı bərabər Qarabağ məsələsi bizim yaratdığımız o böyüyən kölgənin altına keçir. Onsuz da Qarabağ məsələsinin həlli gücdən keçir. Bunu Rusiya da çox gözəl bilir. Bu da bir sirr deyil ki, Rusiya ətrafında olan münaqişələrdən öz mənfəəti üçün çalışır”.
“Yeni Müsavat”
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir
13-05-2026, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək
13-05-2026, 18:32
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
13-05-2026, 17:57
"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
13-05-2026, 17:25
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
13-05-2026, 12:17
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
13-05-2026, 10:33
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
12-05-2026, 18:14
Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib
12-05-2026, 17:43
Şagirdlər üçün çox vacib sənəd hazırlandı