“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir

Hər zaman ictimai marağı üstün tutaraq, əhalini narahat edən problemləri obyektiv işıqlandıran KONKRET.az informasiya portalı, bu gün də öz ənənəsini davam etdirir. Bu dəfə redaksiyamıza məktub ünvanlayan Xaçmaz rayon sakini Pərviz Qubadovun problemini araşdırmaq üçün onunla telefon əlaqəsi saxladıq.
Şikayətçi Pərviz Hacı oğlu Qubadov 1982-ci ildə anadan olub. 6 nəfər ailə üzvü olan Pərviz bildirdi ki, səhhəti ilə bağlı heç yerdə işləmədiyindən dolanışığı çox çətindir. Ona görə də, ünvanlı sosial yardım almaq üçün aprel ayından elektron formada müraciət etsə də, bugünədək heç bir cavab almayıb.
Şikayətçinin sözlərinə görə, 2016-2018-ci illərdə dövlət tərəfindən ona sosial yardım verilib. 2 il ünvanlı sosial yardım alıb. Lakin bu ildən Pərviz Qubadov ünvanlı sosial yardımdan məhrum edilib. Səbəb kimi isə həyat yoldaşının adına dövlət tərəfindən verilən pay torpağının olması göstərilib.
Şikayətçi deyir ki, torpağın hökumət tərəfindən verildiyini , əlində bunu təsdiq edən aktın olduğunu bildirsə də, onun sözlərinə məhəl qoyan yoxdur. Pərviz Qubadovdan yeni akt gətirməsi tələb olunub və şikayətçi iddia edir ki, bunun üçün ondan 400-500 azn civarında pul tələb edilib.
Şikayətçi bildirir ki, imkanı olmadığından bu məbləği verə bilməyib. Elə ona görə də yeni akt almayıb. Nəticədə isə sosial yardım almaq hüququndan məhrum edilib.
Pərviz Qubadov deyir ki, dəfələrlə gəlib yaşadığı yeri çəkib, onun şəraiti ilə tanış olublar. Lakin buna baxmayaraq elektron müraciətinə rədd cavabı verilir.
Mövcud problemlə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsinin müdiri Ceyhun Həmidovla əlaqə saxladıq. Şöbə müdiri saytımıza açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi idarədə vətəndaşlardan heç bir sənəd istənilmir. Hər şey elektron müraciətlə həll olunur.
Ceyhun Həmidov bildirdi ki, vətəndaş elektron formada müraciət etdikdən sonra , onun adı siyahıya düşür. Daha sonra vətəndaşın maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Bundan sonra isə akt yazılır və həmin akta uyğun olaraq bütün məlumatlar sistemə daxil edilir. Əgər yazılan aktla, sistemdəki məlumatlar üst-üstə düşərsə, o zaman təyinat verilir.
Qurum rəsmisinin sözlərinə görə, vətəndaşın daxil etdiyi məlumatlar tam düzgün olmalıdır. Əks halda şöbə tərəfindən vətəndaşın maddi-məişət şəraiti yoxlanılarkən, məlumatlar uzlaşmayacaq və sosial yardımın verilməsində problemlər yaranacaq.
Odur ki, vətəndaş torpağın SUN (sığorta uçot nömrəsini) nömrəsini almalıdır. Bunun üçün yerli vergi idarəsinə müraciət olunmalı və sun nömrəsi alınmalıdır. Daha sonra müraciət edərkən həmin torpaq payını sistemdə göstərməlidirlər.
Ceyhun Həmidovun sözlərinə görə, torpağın mülkiyyətçisi dünyasını dəyişməyibsə, o zaman yeni akt almağa ehtiyac yoxdur. Sonda Ceyhun Həmidov bildirib ki, şikayətçini dinləməyə və qanuni proseduru izah edib, hər cür yardım göstərməyə hazırdır. Biz də ümid edirik ki, vətəndaşın şikayəti yerindəcə araşdırılacaq və məsələ öz müsbət həllini tapacaq.
Bugün, 10:11
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
Bugün, 09:34
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:12
BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
8-06-2026, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
8-06-2026, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
8-06-2026, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
8-06-2026, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
8-06-2026, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
8-06-2026, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
8-06-2026, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
8-06-2026, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub