Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli
Gündəm / Sosial
Oxunub: 668
13 Kas 2019 | 16:21
Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli

2020-ci ilin dövlət büdcəsindən “Qrantlar və digər ödənişlər” üçün 409,4 milyon manat ayrılacaq. Bu, cəmi büdcə xərclərinin 1,5 faizi deməkdir. Bu maddə üzrə gələn il, cari illə müqayisədə 6 dəfə çox vəsait ayrılması nəzərdə tutulur. Belə ki, 2019-cu ildə bu istiqamətə 67.8 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 0,3 faizidir.

Xəbər verdiyimiz kimi, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov paylaşım edib. O bildirib ki, qrantlar və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin artırılması bəlkə də sual doğurmaya bilər: “Amma məsələ ondadır ki, həmin vəsaitin necə xərclənməsi və xüsusən də hansı təşkilatların bu qrantlardan istifadə etdiyi əksər hallarda aydın deyil. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) regionun aparıcı vətəndaş cəmiyyəti instutlarından biri kimi son illər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası istisna olunmaqla, heç bir dövlət qurumu ilə qrant layihələri icra etməyib. Təbii ki, soruşula bilər: müraciət edilmi?”

“Edilməyib və səbəb də odur ki, əksər dövlət qurumları qrantlarla bağlı elanları ya ictimailləşdirmir, ya da müraciət üçün vaxtı qısa müəyyənləşdirr. Hətta elanlarda müəyyənləşən zamanın əsas hissəsi qeyri-iş günlərinə təsadüf edir. Məsələn, hətta uzun qeyri-iş günləri olan Novruz bayramında elanların verilməsi hallarına da təsadüf edilir. Nəticədə, müsabiqələrdə rəqabətin yaranmasının qarşısı alınaraq vəsaitlərin bölüşdürülməsi həyata keçirilir”, - o yazıb.
Ekspertin sözlərinə görə, problem ondadır ki, ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatları bu imkandan yararlana bilmir: “4 mindən artıq QHT sadəcə QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan 6 milyon manata yaxın vəsaitə müraciət edə bilir. Nəticədə, digər dövlət qurumlarının təşkil etdiyi sosial tenderlər və qrant müsabiqələrində iştirak imkanları məhdud olaraq qalır. Problemi necə həll etmək olar? Bizim təhlillər göstərir ki, daha uyğun metod bütün dövlət qurumlarına ayrılan qrantların Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasıdır. Qeyd edək ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi tezliklə SƏLİS-in bu ali qurumun mükafatını alacağını bəyan edib. Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsilə vahid idarəedilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın güclənməsinə, məlumatların elektron bölüşdürülməsinə və eləcə də hansısa dövlət qurumuna yaxın olan deyil, real vətəndaş cəmiyyəti təşkilatlarının büdcə vəsaitlərindən faydalanmasına imkan yarada bilər”.

AYNA bir neçə QHT rəhbəri arasında sözügedən mövzu ilə bağlı sorğu keçirib, məlum olub ki, adının çəkilməsini istəməyən bir qrup QHT-lərin, ümumiyyətlə dövlətin verdiyi qrantlarda gözü yoxdur. Çünki belə layihələrdə daha çox kimlərinsə adamı olmaq məsələsi var. Həm də təkrar və yersiz mövzular üstünlük təşkil edir ki, belə səriştəsiz QHT-lərlə rəqabətə girməyə dəymir.

Bu qrup QHT-lər Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların layihələrində iştirak edir və özlərinin də qeyd etdiyi kimi, daha rahat işlərini görürlər.

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova isə AYNA-ya deyib ki, onlar Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant qazanır, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan sosial sifarişlər əsasında layihə alırlar.

Adının çəkilməsini istəməyən başqa bir QHT rəhbərinin sözlərinə görə, dövlət qurumlarının layihə müsabiqəsi çox qapalı aparılır: “Elanlar dar çərçivədə yayılır. Detalları öyrənmək üçün nazirliyə getməlisən, orada uzun vaxt sərf edib, bezib qayıdırsan. Ya da "sabah gəlin" deyərək yola verirlər. Ancaq dar çərçivədə məlumat verib, layihə alıb, qalib elan edirlər”.

Başqa bir QHT rəhbəri isə cavabında vurğulayıb ki, Təhsil Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin cari ildə qrant layihələrinin, yalnız qalib siyahısı ilə tanış ola bilib: “Nazirliklərə “elanları niyə ictimailəşdirmirsiz” sual verəndə dedilər ki, “sayta yerləşdirmişik”. Bəli, sayta qoyulur, amma hamı bütün günü saytda elan axtara bilməz axı”.

Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin rəhbəri Gunel Səfərova AYNA-ya açıqlamasında qeyd edib ki, dövlət qrantlarının SƏLİS-ə verilməsi müsbət addım olar: “Müşahidəmə əsasən deyə bilərəm ki, SƏLİS uğurlu modeldir. Biz ictimai birlik olaraq dövlət qurumlarından qrant almırıq və müraciət etməyi düşünmürük. QHT-lərlə bağlı mövcud qanun dəyişməlidir ki, müstəqil QHT-lər rahat fəaliyyət göstərsin”.
Bugün, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
Bugün, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib
Bugün, 10:05
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Bugün, 09:33
Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
Bugün, 08:41
ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib
Dün, 14:23
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Dün, 12:18
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dün, 11:10
Şəmkirdə körpə qızdırmadan ölüb
Dün, 08:47
Bakının iki rayonunda işıq olmayacaq
15-06-2026, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15-06-2026, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
15-06-2026, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
15-06-2026, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
15-06-2026, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15-06-2026, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
15-06-2026, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb