Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb
Gündəm / İqtisadiyyat
Oxunub: 634
12 Kas 2019 | 14:40
Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb
Cari ilin 10 ayında Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib ki, bu da son illərin rekord göstəricisidir. Bunun 4 milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür və bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan hava limanı 541 min sərnişinə xidmət göstərib, Gəncənin hava limanı isə 127 min sərnişin ilə üçüncü olub.

Sözügedən müddət ərzində milli aviadaşıyıcı AZAL 1,72 milyon sərnişin, Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” isə 499 min sərnişin daşıyıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,52 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 418 min sərnişin), “FlyDubai” (BƏƏ, 207 min), “Aeroflot” (Rusiya, 167 min), “AirArabia” (BƏƏ, 141 min), “UIA” (Ukrayna, 107 min), “Qatar Airways” (Qətər, 90 min), “Lufthansa” (Almaniya, 59 min) və “SCAT” (Qazaxıstan, 52 min) daxil olub.

Bu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Bugün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Bugün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Bugün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Bugün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Bugün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Bugün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Bugün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Bugün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
Dün, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
Dün, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dün, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Dün, 16:07
İran İsrailə zərbələri dayandırıb
Dün, 14:01
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib
Dün, 12:47
İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
Dün, 12:11
Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək
Dün, 11:21
Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək
Dün, 10:44
Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib
Dün, 10:04
Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Dün, 09:36
Ceyhun Bayramov İstanbula səfər edib
Dün, 08:43
KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib
6-06-2026, 16:29
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
6-06-2026, 15:58
Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir
6-06-2026, 12:56
Bazar gününün havası açıqlanıb
6-06-2026, 11:56
Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
6-06-2026, 11:32
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
6-06-2026, 10:58
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb