“Paşinyan Qarabağla bağlı ziddiyyətli açıqlamalar verir” - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Qarabağ probleminin həllində ən kiçik irəliləyişlərin olma ehtimalı yaranan kimi, Ermənistan dərhal təxribatçı tezislər irəli sürərək, əldə oluna biləcək razılığı kökündən vuran açıqlamalar verir.
Bu dəfə isə "Qarabağ Ermənistandır" ifadəsindən sonra baş nazir Nikol Paşinyan, Dağlıq Qarabağın gələcək statusunu təyin edə biləcək referendumla bağlı çoxdan bəri mövcud olan ideyanı yenidən ortaya qoydu.
Paşinyan deyib ki, Qarabağla bağlı danışıqlar prosesində erməni xalqı üçün məqbul olan həll variantı formalaşanda ümumrespublika müzakirələri aparılmalı və qərarlar milli formatda qəbul edilməlidir.
Bununla yanaşı, Ermənistan lideri buna kömək edəcək heç nəyin (referendumdan başqa!) adını çəkmədən hamı - Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul bir həll yolunda israr etməkdə davam edir. "Əgər bu (məqbul - red.) seçim tapılsa, o, xalqın ixtiyarına veriləcək və ictimai müzakirəyə çıxarılacaq",- deyə Paşinyan yenidən heç kimə aydın olmayan vəd verir.
Bəs Paşinyan hansı referendumu nəzərdə tutur və o harada keçirəcək - Ermənistanda, yoxsa Qarabağda? Həm orada, həm də burada beynəlxalq hüquq normalarına zidd olacaq, çünki Dağlıq Qarabağ Ermənistanın hüdudlarından kənarda, Azərbaycanın sərhədləri daxilindədir və burada istənilən rəsmi hərəkət yalnız Bakının razılığı ilə qanuni sayıla bilər. Razılıq isə işğalçı erməni qoşunları Qarabağı tərk etsə və zorla qovulmuş Azərbaycan əhalisi oraya qaytarılsa əldə edilə bilər. Yəni, hər iki etnik icmanın iştirakı ilə referendum keçirilə bilər, əks halda bu "populyar bir həll" mənasını verən nə plebisitdır...
Beləliklə, Paşinyanın əsassız bəyanatları və planları heç onun ətrafındakılara da o qədər aydın deyil, hələ biz adi və sadə insanları demirik.
Ermənistan dövlət başçısının açıqlaması ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, problemi dərindən bilən Metyu Brayzanı da təəccübləndirib. Amerikalı diplomat virtualaz.org-a eksklüziv açıqlamasında bildirib ki, həmsədrlər heç vaxt Ermənistanda referendum məsələsinə baxmayıblar.
“Bəli, biz bütün bölgə əhalisinin iştirakı ilə Qarabağda referendum məsələsini müzakirə etmişik, lakin ayrıca Ermənistanda yox, heç bir halda. Bu, bizim gündəmimizdə olmayıb. Əgər Paşinyan Ermənistanda referendum elan etsə, Azərbaycanın da eyni hüququ var. Ümumiyyətlə, onun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün açıqlamaları Qarabağ klanının təzyiqi altında edilir, buna görə də belə ziddiyyətlidir”,-deyə Brayza vurğulayıb.
Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Aleksandr Krılov da Paşinyanın fikrini tamamilə rədd etmədən, səmərəsiz hesab edir. "Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb münaqişədir və orada vəziyyəti yalnız referendum yolu ilə dəyişə bilməzsiniz",-deyə o erməni KİV-inə müsahibəsində bildirib.
Virtualaz.org
Bugün, 13:03
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
Bugün, 12:26
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
Bugün, 11:56
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Bugün, 11:19
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
Bugün, 10:35
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Bugün, 09:52
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bugün, 09:23
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bugün, 08:49
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
Dün, 18:22
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Dün, 17:38
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır
Dün, 17:11
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Dün, 16:35
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Dün, 16:05
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir - İCMAL
Dün, 13:05
Sabah 30 dərəcə isti olacaq
Dün, 12:29
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dün, 11:53
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Dün, 10:45
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Dün, 10:04
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:26
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Dün, 08:56
Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir
13-05-2026, 19:05
Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək
13-05-2026, 18:32
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
13-05-2026, 17:57
"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub
13-05-2026, 17:25
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
13-05-2026, 12:17
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
13-05-2026, 10:33
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb
12-05-2026, 18:14
Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib