"Burda kimsənin şikayətinə nə baxırlar, nə də dinləyirlər" - GİLEY
"Qüsur aktı”nı "Atəşgah” Sığorta Şirkətinə təqdim etsəm də, sığorta şirkəti orda yazılan sığorta ödənişini ödəməkdən imtina etdi”.
Qaynarinfo xəbər verir ki, bu sözləri bu gün redaksiyamıza şikayət edən Bakı şəhər sakini Səbinə Hüseyn qızı Məmmədova "Atəşgah” Sığorta şirkətindən şikayət edərkən deyib.
Şikayətçi bildirib ki, 27.09.2019-cu il tarixdə saat 9-10 radələrində Ənvər Qasımzadə küçəsi ilə X.Şuşinski küçələrinin kəsişməsində (Nəsimi rayon İcra Hakimiyyətinin yanı) Opel-vectra 99-NR-194 (1999) nömrə nişanlı avtomobilin sürücüsü Əlican Yusif oğlu Mustafayev sürət həddini aşmaqla və "Yol ver” nişanının tələbini pozaraq ona məxsus "Nissan” Sentra 10-NK-744 (2014) nömrə nişanlı avtomobili ilə toqquşub və nəticədə avtomobilinə ciddi ziyan dəyib.
Şikayətçi bildirib ki, qarşı tərəfin icbari sığortası "Atəşgah" Sığorta avtomobili ilk dəfə əksik qiymətləndirərək ona 1680 manat təklif edib:
"Mən bununla razılaşmayaraq, avtomobilimi hər zaman "Nissan” servisdə yoxlamadan keçirtdiyim üçün əlavə olaraq, orada da avtomobilimə baxış keçirilməsi və dəymiş zərərin müəyyən edilməsi barədə müraciət etdim.
Daha sonra "Atəşgah” Sığortaya narazılığımı deyəndə qiymətləndirmə şöbəsindən bildirildi ki, kimə istəyirəm, ona da şikayət edim, yəni burda kimsənin şikayətinə nə baxırlar, nə də dinləyirlər.
Mən də zərərçəkmiş kimi "Atəşgah” Sığortanın baş idarəsinə gedərək ərizə yazıb müstəqil ekspert Əhməd Talıblını seçdim. Ekspertin gəlməyi belə müsbət nəticə vermədi. Çünki o, əlavə olaraq cəmi 590 manat qeyd etmişdi. Bu da, ümumilikdə 2270 manat edir. Ancaq "Nissan” servisin tərtib etdiyi "Qüsur aktı”nda isə dəymiş zərərin tək ehtiyat hissələri üçün qiyməti 4361 AZN müəyyən edilib. "Qüsur aktı”nı "Atəşgah” Sığorta Şirkətinə təqdim etsəm də, sığorta şirkəti orda yazılan məbləği ödəməkdən imtina etdi”.
Şikayətçinin iddialarına görə, qəzanın qiymətləndirməsi heç bir halda düzgün aparılmayıb:
"Məsələn, qəza zamanı maşının qapısına ciddi ziyan dəyib və buna görə də qapı dəyişdirilməlidir. Sığorta aktında qapı üçün məbləğ 410 manat qeyd edilib, halbuki bu gün bazarda həmin qapını 700 manatdan aşağı tapmaq olmaz”.
Şikayətçi qeyd edib ki, avtomobilsiz qaldığından 27.10.2019-ci il tarixdən bu günə qədər işi ilə əlaqədar taksidən istifadə etmək məcburiyyətində qalıb və "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən hüquqlarının pozulması nəticəsində əlavə xərcləri yaranıb.
Səbinə Məmmədova bildirib ki, bütün bu get-gəllərdən bezərək məcburiyyətdən bu qiymətləndirmə ilə razı olub. Onun sözlərinə görə, maşına dəymiş zərər 2270 manat müəyyən edilərək banka köçürülüb. Problem ondadır ki, o, bu pulu bankomatdan çıxarmaq istəyərkən başqa bir problemlə qarşılaşıb. Çünki pulu çıxardan zaman bank öz komissiya xərcini sığorta şirkətindən deyil, zərərçəkmişdən tutur. Məbləği isə bir sutkadan bir çıxarmaq mümkün olduğundan bank hər dəfə faiz hesablayır və hələ də məbləği tam bankomatdan çıxara bilməyib.
Xatırladaq ki, şikayətçi redaksiyamıza bu hadisə ilə bağlı sənəd və qəzalı maşının şəkillərini göndərib. Həmin fotomaterialı təqdim edirik:
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ