“Muğanbank”da 300 min dollarlıq fırıldaq
Gündəm / Sosial
Oxunub: 657
29 Ekm 2019 | 15:16
“Muğanbank”da 300 min dollarlıq fırıldaq

Ağdam və Zəngilandan olan məcburi köçkünlər ölkə başçısı İlham Əliyevə müraciət edib. “Yeni Sabah” xəbər verir ki, məcburi köçkünlərin müraciətində “Muğanbank” ASC-nin müdhiş kredit fırıldağından bəhs edilir:

“Cənab prezident, Abbasov Bəxtiyar Abbasqulu oğlu tərəfindən “Zirə-Kəndli Fermer Təsərrüfatı” təsis edilib. Həmin təsərrüfat iri və xırda buynuzlu mal-qaranın saxlanılması, kökəldilməsi ilə məşğul olub. Bəxtiyar Abbasov kredit almaq üçün “Muğanbank” ASC-nin “Dostluq” filialının müdiri Samir Ələkbərova müraciət edib.

Samir Ələkbərov Bəxtiyar Abbasovun qohumudur. Samir Ələkbərovun qardaşı isə həmin dövrdə bankın idarə heyətinin sədri olub. Bəxtiyar Abbasov şəxsi münasibətlərdən faydalanaraq bank filialından uzun müddətli və aşağı faizli kredit ayrılmasını xahiş edib.

“Muğanbank” təsərrüfata 19 sentyabr 2007-ci il tarixdə F125 saylı kredit müaviləsi ilə 45 min manat, 2007- ci il 26 oktyabr tarixdə F134 saylı müqaviləsi ilə Babayev Yelmar Qulu oğlunun adına 45 min manat, 05 dekabr 2007-ci il tarixdə F139 saylı müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci il tarixdə H57 saylı müqavilə ilə 130 min manat kredit ayırıb.

Samir Ələkbərov Bəxtiyar Abbasovdan 75 min manat alıb ki, gələcəkdə həmin kreditlər birləşdiriləcək və illik 7 faizlə hesablanacaq. Həqiqətən də həmin məbləğlər birləşdirlib və 300 min dollar kreditin verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci il tarixdə H 58 saylı kredit müaviləsi hesablanıb.

Müqaviləyə uyğun olaraq 300 min dolların 7 illiyə və 13 faizlə verilməsi rəsmiləşib. Ancaq faktiki olaraq pul təsərrüfatın hesabına köçürülməyib və bununla bağlı heç rəsmi sənəd də yoxdur.

Bankın guya 300 min dollar kreditin təsərrüfata verilməsi ilə bağlı məhkəmə iddiasını 26 dekabr 2018-ci ildə Bakı Apellyiyasiya Məhkəməsi rədd edib təsərrüfatı haqlı çıxardıb. Ancaq bu qərarı Ali Məhkəmənin Mülki Kollegiyası ləğv edərək işi baxılmaq üçün yenidən Apellyasiya məhkəməsinə göndərib”.

Müraciət müəllifləri deyir ki, qətnamə Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişi ilə ləğv edilib və əsas kimi, bankın nizamnamə kapitalının 50 faizinin “Paşabank”a məxsus olması göstərilib:

“Cənab prezident, “Paşabank” tərəfindən Ramiz Rzayevə bu məsələ ilə bağlı hər hansı bir tapşırıq verilməyib. Bu Ali Məhkəmə sədrinin özbaşınalığıdır. Xahiş edirik, bu məsələni şəxsi nəzarətinizə götürüb, hüquqlarımızın bərpasına yardım edəsiniz”.

Müraciəti Zəngilandan olan məcburi köçkünlər Bəxtiyar Abbasov, Təranə Ərizanova, Eldar Cəfərquliyev, Ağdamdan olan məcburi köçkün Yelmar Babayev imzalayıb.

“Muğanbank” ASC “Odlar Yurdu” universitetinin retktoru Əhməd Vəliyevin nəzarətindədir. Bankın Müşahidə Şurasının sədri və səhmlərin 63.5 faizinin sahibi Əhməd Vəliyevin kürəkəni Mehdiyev Elmir Maqbet oğludur.

Əhməd Vəliyevin qızı Vəfa Vəliyeva isə səhmlərin 12,05 faizinə, rektorun qudaları Mehdiyev Maqbet Rəhim oğlu səhmlərin 13.10 faizinə, Mehdiyeva Fəridə Cahandar qızı isə11.35 faizinə sahibdir.

Reportyor.info
Bugün, 14:13
Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bugün, 12:57
Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik
Bugün, 12:16
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ